Hepatit C virusunun mutasiya etmək (dəyişmək) qabiliyyəti onun müxtəlif alt qruplarının yaranmasına gətirib çıxarmışdır. Bunlar genotiplər adlanırlar. Dünyanın müxtəlif ölkələrində hər bir genotipin rastgəlmə tezliyi fərqlidir. Hepatit C-nin hansı genotipinin olması xəstəliyin gedişi və aparılacaq müalicəyə çox böyük təsir edir. Məsələn HCV-nin 3-cü genotipi zamanı sübut olunub ki, xəstəlik daha tez irəliləyir. Lakin genotiplər xəstəliyin ağırlıq dərəcəsinə və xərçəng əmələ gəlmə ehtimalına təsir etmirlər.
Hepatit C-nin 6 genotipi vardır. 1, 2 və 3-cü genotiplər bütün dünyada yayılmışdır. Ən çox rastgəlinənləri 1a və 1b növləridir. Bu növlər bütün Hepatit C infeksiyalarının 60%-ni təşkil edirlər. Şimali Avropa, şimali Avropa və Yaponiyada xüsusilə çox yayılmışdırlar. Genotip 3 isə daha Cənub-şərqi Asiyaya xasdır. Genotip 4 Orta Asiya, Misir və mərkəzi Afrikada rast gəlinir. Genotip 5 ancaq Cənubi Afrikada müşahidə olunur. Genotip 6 Asiyada məskunlaşmışdır.
Xəstəliyin müalicəsi üçün HCV-nin genotipini dəqiqləşdirmək mütləqdir, çünki genotiplər müalicənin seçilməsinə çox böyük təsir göstərirlər.
Həmçinin müalicənin uğurlu olmasına təsir edir
- qanda HCV-nin virus yükü (titri)
- müalicədən öncə qaraciyərin zədələnməsinin səviyyəsi
- immun sistemin vəziyyəti
- pasiyenti yaşı
- pasiyentin irqi
- alkoqol asılılığı
- ilkin müalicəyə cavab reaksiyası
No Comments