(+994)55 601 18 31 [email protected]

Qaraciyər xəstəliklərinin səbəbləri

Qaraciyər orqanizmdə çox vacib funksiyalar yerinə yetirən “kimyəvi laboratoriyadır”. Qaraciyər bədənimizi toksinlərdən zərərli maddələrdən təmizləyir. Öd sintez edərək, qida maddələrinin metabolizmində iştirak edir, müxtəlif fermentlər sintez edir.

Qaraciyər xəstəliklərinin səbəblərinə görə təsnifatı:

1. Dərman və ya toksin təsiri

a) Alkoqol asılı qaraciyər xəstəliyi – Daimi və çox miqdrada alkoqol qəbulu qaraciyəri                        zədələyən əsas faktorlardan biridir və sirroza gətirib çıxarma ehtimalı yüksəkdir.

b) dərmanlardan yaranan qaraciyər xəstəliyi – qəbul etdiyimiz dərman maddələrinin                           bir-çoxunun müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də vardır. Bunlardan ən                                 böyüyü isə qaraciyəri zədələməklərdiir. Hətta bəzi dərman maddələrinin yüksək                             dozada qaəbulundan kəskin qaraciyər çatışmazlığı yarana bilər.

2. İnfeksiya təsiri

a) Hepatit A virusu – qida yoluyla yoluxmuş sudan və meyvə tərəvəzdən keçən hepatit                         virusudur. Əksər hallarda kəskin keçib sağalsa da, bəzən uzunmüddətli qaraciyər                           xəstəliyinə də səbəb ola bilər.

b) Hepatit B və C virusu – qan vasitəsilə keçən hepatit viruslarıdır. Hər ikisi daha çox                           xroniki formada keçdiyindən qaraciyərin uzunmüddətli və ağır zədələnməsinə yol                           açırlar.

3. Metabolizm və digər səbəblər

a) Qaraciyərin piylənməsi – artıq çəki, şəkərli diabet və yüksək xolesterol olan şəxslərdə                    rast gəlinir, qaraciyərdə yağlar toplanır.

b) Hemaxromotoz – qaraciyərdə normadan artıq dəmir toplanması nəticəsində baş                              verir,  genetik xəstəlikdir. Şimali Avropada ən tez-tez rastgəlinən genetik                                          xəstəliklərdəndir. Sirroz və qaraciyər çatışmazlığına səbəb ola bilər.

c) Vilson xəstəliyi – qaraciyərdə mis toplanması nəticəsində baş verir, həmçinin irsi                             yolla   keçir, uşaqlarda özünü göstərir.

d) Autoimmun hepatit – orqanizmin özünün qaraciyəri zədələməsidir. Bu zaman                                 immun   hüceyrələrimiz hepatositləri yad kimi qəbul edərək onları zədələyir.

e) Birincili biliar sirroz – ağır sirroz nəticəsində öd axacaqlarının zədələnməsidir.                                 nəticədə qaraciyər daxilində normal axını pozulur.

f) Birincili sklerozlaşan xolangit -Öd axacaqlarının kəskin iltihab prosesidir. Bu zaman  öd                 axarları daralır və öd axını çətinləşir. Ağrı, sarılıq və qızdırmaya səbəb olur, həmçinin öd             daşlarının əmələ gəlmə ehtimalı artır.

g) Hamiləlik xolestazı – Hamiləlik zmaanı öd axarlarıın kəskin sıxılmasıdır ki, dölün                           sağlamlığına ciddi zədə vura bilər.

h) Öddaşı xəstəliyi – Demək olar ki, hər 10 nəfərdən birində rast gəlinən patologiyadır.  Orta             yaşlı artıq çəkili qadınlarda daha çox rast gəlinir.

i) Qaraciyər xərçəngi – birincili və ikincili ola bilər. Birincili qaraciyər xərçəngi zamanı xərçəng birbaşa ilkin olaraq qaraciyərdə yaranır. İkincili qaraciyər xərçəngi isə digər orqanların  (süd vəzi, ağciyər, sümük) xərçənginin metastazı kimi özünü göstərir. Sirrozdan əziyyət çəkən pasiyentlərdə xərçəngin əmələ gəlmə riski daha yüksəkdir.

 

 

 

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.