Xəstələndiyimiz zaman həkim bizə dərmanlar təyin edir. Bu dərmanların təyin olunmasında məqsəd pasiyentin sağalması, simptomların aradan götürülməsidir. Lakin bəzi hallarda təyin olunan preparat öz təsirini etməklə yanaşı orqanizmə əlavə arzuolunmaz təsirlər də göstərir. Bunlar dərmanın yan təsirləri adlanır. Yan təsirlər – allergiya, preparata intolerantlıq, dərman patologiyası və s. şəklində olur.
Allergik reaksiyanı daha tez-tez törədir:
- qızıl 30-40%
- penisillin 5-55%
- vərəməleyhinə preparatlar 8-45%
Kliniki əlamətləri:
- dermatit 45-55%
- eozinofiliya 40-45%
- leykositoz 20-30%
- leykopeniya 15-25%
- dəmrov 10-20% və s.
Bu əlamətlər preparatın hazırlanmasından, saxlama müddətindən və şəraitindən asılı olaraq dəyişə bilər.
Farmokotoksik reaksiya dərmanın dozasının həddindən çox qəbul edilməsi zamanı yaranır. Kliniki olaraqhəzm kanalında xoralar, parenximatoz orqanların funksiyasının pozulması, qan hüceyrələrinin sayının dəyişməsiləözünü göstərir.
Orqanizmin immunobioloji göstəricilərinin dəyişməsi. Bura aiddir- immunitetin zəifləməsi, disbakterioz, infeksion xəstəliklərin tez-tez təkrarlanması, kandidoz, dəri və digər orqanların stafilokokk ilə zədələnməsi. Belə ağırlaşmalara səbəb olur:
- antibiotiklər
- sulfanilamidlər
- immunodepressantlar
- şişəleyhinə preparatlar
Həmçinin yan təsirlər kliniki mənzərəyə görə də təsnif olunur. Yüngül dərəcəli yan təsirlər olduqda dərman maddəsinin istifadəsi saxlanılmır. Orta ağır dərəcədə artıq yan təsirlərin müalicəsi və preparatın saxlanılması tələb olunur. Ağır dərəcəli reaksiyalar həyat üçün təhlükə və xüsusi baxım ehtiyac duyulur.
No Comments