(+994)55 601 18 31 [email protected]

Nə üçün xroniki Hepatit C “mehriban qatil” adlandırılır?

Çünki adətən xroniki Hepatit C-nin güclü simptomları olmur. Xəstə çox vaxt Hepatit C simptomlarının adi yorğunluqdan irəli gəldiyini düşünür.  İş qabiliyyətinin azalması,  daimi zəiflik və yorğunluq hiss edərək heç ağlına da gəlmir ki, bədənində ölümcül təhlükəli virus artıb-çoxalır.

DİQQƏT! Aşağıda sadalanan simptomları özünüzdə müşahidə edirsinizsə mütləq hepatoloqa müraciət etməyiniz tövsiyə olunur.

  • əzginlik, yorğunluq
  • iş qabiliyyətinin azalması və tez yorulma
  • emosional stabilliyin pozulması, tez qıcıqlanma və aqressiya
  • iştahanın azalması və itməsi
  • yağlı qidanı həzm edə bilməmək, ağızda acılıq, ürəkbulanma
  • baş ağrısı və oynaqlarda ağrılar
  • yuxunun pozulması
  • tərləmənin artması
  • uzun müddət bədən temperaturunun 37.1-37.9 dərəcə arasında olması
  • dəri səthində qaşınma
  • gözün ağ hissəsinin və dərinin saralması
  • dəridə damar ulduzcuqları
  • mədə nahiyəsində dolma, şişmə hissi, qarnın köpməsi
  • qəbz və ishalın növbələşməsi
  • sağ qabırğaaltı nahiyədə narahatçılıq
  • qaraciyər və dalağın böyüməsi

Xroniki Hepatit C-nin özünü göstərməsi xəstəliyin müddətindən və qaraciyərin virusla zədələnmə dərəcəsindən asılıdır. Qaraciyərin patoloji zədələnməsini həmişə USM ilə qiymətləndirmək olmur. Mədə-bağırsaq traktının hərtərəfli müayinəsi ancaq pasiyentin qaraciyərində dəyişikliklərin olmasını həkimə göstərə bilər.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.