(+994)55 601 18 31 [email protected]

Qaraciyər sağlamlığı nə üçün vacibdir?

Qaraciyər və ürək həyatı təmin edən 2 ən vacib orqanlardandır.  Səhiyyənin maksimal inkişaf etdiyi bu dövrdə  öd kisəsi, mədəaltı vəzi, mədə və bağırsağın bir hissəsi olmadan yaşamaq mümkündür. Hətta süni ürək aparatı ilə də yaşamaq mümkündür. Lakin qaraciyər olmadan yaşamaq olmaz. 

Qaraciyər 100-dən çox vacib funksiya həyata keçirir. Onlardan bəziləri

  1. Zəhərli və toksik maddələri zərərsizləşdirir, qanı filterdən keçirir.
  2. Qida maddələrinin həzmində, zülal, karbohidrat, yağ mübadiləsində iştirak edir, öd sintez edir.
  3. Qlükoza və vitaminləri depolayır.
  4. Hormonal mübadilədə iştirak edir.

Qaraciyərdən böyük və kiçik çoxlu damarlar keçir.  Metabolik xəstəliklər zamanı damarlarda aterosklerotik düyünlər əmələ gəlir. Bu da öz növbəsində infarkt və insult riskini artırır.  Qaraciyərdə sinir ucları yoxdur.  Xəstəlik inkişaf etdiyi zaman ağrı siqnallarını hiss etmirik.  Ona görə də qaraciyər xəstəlikləri təsadüfən və artıq gecikmiş mərhələlərdə aşkarlanır. 

Qaraciyərin xroniki iltihabının sonuncu mərhələsi sirrozdur. Sirroza həm virus hepatitləri, həm də qeyri-virus mənşəli hepatitlər səbəb ola bilər. Bu zaman qaraciyərin strukturu pozulur və hüceyrələri birləşdirici toxuma ilə əvəz olunur. Sirroz zamanı pasiyentin müalicəsiz yaşama ehtimalı 10 ildir.

Ona görə də vaxtında qaraciyərin qayğısına qalmaq lazımdır, çünki qaraciyərin sağlamlığı bütün orqanzimin sağlamlığı deməkdir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.