(+994)55 601 18 31 [email protected]

Həkimlərə ən çox deyilən 6 yalan

Hər bir insan  həyatı boyu müxtəlif həkimlərə müraciət edir. Pasiyentlər qəbulunda olduğu həkimlərin onlara nə dərəcədə kömək etdiyini yaxşı xatırlasalar da onlara dedikləri kiçik yalanları unutmağa meyllidirlər.  Aparılan yeni araşdırmalar zamanı məlum olub ki, 28% pasiyent həkim qəbulunda olarkən bilərəkdən və ya qeyri-ixtiyarı verilən sullara düzgün cavab vermir.

1. Dərman qəbulu

Ən adi diş həkiminə gedən zaman dişləri  hansı aralıqda yuyulduğunu soruşanda pasiyentlər həqiqi olanı demir. Amma stomatoloq ağız boşluğunu müayinə edən kimi artıq ağız gigiyenasının dərəcəsini başa düşür. Eyni şey həkim pasiyentdən hansısa dərmanı nə qədər müddət və hansı sıxlıqda qəbul etdiyini soruşduqda da baş verir.  Nəticədə  müalicə prosessi gecikir, ya da lazımsız yerə dərmanın dozası artırılmalı olur.

2. Simptomların şişirdilməsi

Bir-çox hallarda pasiyentlər öz simptomlarını şişirtməyə və onlara diqqət çəkməyə çalışırlar. Bəzi hallarda bunun səbəbi kontrol olunub ancaq reseptlə verilən dərmanları almaq, bəzi hallarda isə əlillik ya xəstəlik kağızı almaq olur. Pasiyetn xüsusən həkimin ona diqqət yetirmədiyini hiss etdiyi zaman simptomlarını qabardır.

3. Simptomların yüngülləşdirilməsi

Bayaq izah etdiyimzi vəziyyətin əksidir. Daha çox onkoloji xəstələrdə rast gəlinir. Pasiyent öz vəziyyətinin ciddiliyini qəbul etmək istəmir. Və bəzi hallarda müalicəyə başladıqdan sonra həkimin müalicəni dayandıracağından qorxduğu üçün yan təsirlərini gizlədir.

4. Qidalanma vərdişləri haqqında

Pasiyentdən necə qidalandığını soruşduqda nəyi yeyib-yemədiyini düzgün deməməsi halı ən çox rast gəlinən vəziyyətlərdən biridir. Belə yalanları xüsusilə xəstəliyi məhz qidalanma tərzi ilə əlaqəli olan pasiyentlər deyir. Məsələn, artıq çəkili, yüksək xolesterollu, şəkərli diabeti və ya digər bir metabolik xəstəliyi olan. Xəstənin qidalanma vədişi ilə bağlı yalanını qan analizləri həmişə ortaya çıxardır.

5. Həyat tərzi haqqında

Nisbətən gənc pasiyentlərin (20-35 yaş arası) siqarət çəkmək,marixuana və s. istifadəsi haqqındakı cavabları inandırıcı olmur. Həmçinin fiziki aktivlik dərəcəsi, həkim təyinatı olmayan dərmanların qəbulu böyük problem yaradır.

6. Alkoqol qəbulu dərəcəsi

PAsiyentlərin 16%-i alkoqol qəbulu haqqında yalan danışdıqlarını etiraf edirlər. Unutmayın ki, alkoqol qəbulu içdiyiniz dərmanlara çox ciddi təsir  göstərə bilər. alkoqol qəbulu qaraciyər analizlərində özünü yüksək enzim səviyyələri ilə göstərir, ona görə də əgər içki haqqında pasiyent yalan danışırsa əlavə digər müayinələr aparılaraq olamayan qaraciyər xəstəliyinin səbəbi axtarılır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.