(+994)55 601 18 31 [email protected]

Qan təzyiqini azaldan meyvələr

Yüksək qan təzyiqi, digər adıyla hipertenziya beynəlxalq bir problemdir.  Ümümdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən 1 milyard insan yüksək qan təzyiqindən əziyyət çəkir.  51% insultların və ürək xəstəliklərinin 45%-nin kökündə yüksək qan təzyiqi dayanır.

İllərlə aparılan tədqiqatların nəticəsində yüksək qan təzyiqi il Natriumun (NaCl- xörək duzu) əlaqəsi təsdiq olunmuşdur.  Ona görə də hipertenziyası olan insanlara qidalarında duz istifadəsini azaltmaq tövsiyə olunur.

Yüksək təzyiqlə mübarizənin bir yolu qəbul edilən natriumu azaltmaq olsa da, digər bir yolu qəbul etdiyimiz kaliumun miqdarını artırmaqdır. Araşdırmalar zamanı aydın olmuşdur ki, qidalarında çoxlu kalium qəbul edən insanlarda qan təzyiqi həmişə aşağı olur. Ona görə də gündəlik yetərli kalium qəbul edilməsi natrium qan təzyiqinə göstərdiyi mənfi təsiri balanslaşdıra bilir.

Tərkibində daha çox kalium mənbəyi olan qidalar

  • banan
  • kök
  • nar
  • portağal
  • yağsız qatıq
  • kartof (qabığı ilə birlikdə bişirilmiş)
  • lobya
  • soya
  • qızılbalıq
  • ispanaq

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.