(+994)55 601 18 31 [email protected]

Qaraciyər sınaqları

Qaraciyər sınaqları qaraciyərin funksiyasını öyrənmək üçün icra edilən laborator analizlərdir. Bu analizlər vasitəsilə qaraciyərdə iltihab, hüceyrə zədələnməsinin olub-olmamasını təyin etmək mümkündür.  Daha çox istifadə olunan qaraciyər sınaqları ALT (alanin-aminotransferaza) və AST (aspartat-aminotransferaza)dır.  ALT və AST-nin səviyyəsinin normadan yüksək oması qaraciyər zədələnməsini göstərir.  ALT və AST-nin yüksəlməsinə daha çox səbəb olur:

  • qaraciyərin virus hepatitləri ilə zədələnməsi
  • çoxlu alkoqol qəbulu
  • sirroz (qaraciyərin toxumasının çapıqlaşması)
  • hemaxromatoz (dərmi toplanması)
  • şok və ya ürək çatışmazlığı

Qəbul edilən bir çox dərmanın zərərsizləşdirilməsi qaraciyərdə getdiyi üçün bəzi dərman qəbulu zamanı ALT və AST-nin səviyyəsi yüksəlir. Lakin müəyyən dərmanlar vardır ki, onlar (məsələn, asetominofen, Tylenol)  xüsusilə qaraciyəri ağır zədələyir.

ALT və AST-nin yüksəlməsinə həmçinin  müxtəlik toksik maddələr və autoimmun proseslər də səbəb ola bilər.  Bu fermentlərin miqdarının yüngül-orta dərəcədə dəyişməsi belə artıq həkimə müraciət etmək üçün bir səbəbdir. Çünki bir-çox qaraciyər xəstəlikləri ilkin olaraq simptomsuz keçir, əlamətlər üzə çıxdıqda artıq geri dönülməz dəyişikliklər başvermiş olur. Ona görə laborator analizlərdə dəyişiklik aşkarlandığı təqdirdə mütləq onu yaradan səbəb araşdırılıb tapılmalıdır.

Müalicə dövründə qaraciyər sınaqlarının dövri olaraq monitorinq məqsədilə yoxlanması məqsədəuyğundur. Digər qaraciyər sınaqları – qələvi fosfataza, LDH, QQT, glutamat dehidrogenaza həmçinin qaraciyərin vəziyyəti haqqında məlumat verərək  mənzərəni tamamlayır.

Unutmayın, laborator analizləri pasiyentin anamnezi, yanaşı gedən xəstəlikləri və simptomlarını bilməmiş izah etmək olmaz. Xəstəliyin klinikası mütləq nəzərə alınaraq lab. analizlər interpretasiya olunmalıdır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.