(+994)55 601 18 31 [email protected]

Hepatit E virusu

Qaraciyəri zədələyən viruslardan biri də Hepatit E virusudur.  Hepatit E əksərən bir-neçə aya sağalır və xronikləşib uzunmüddətli fəsadlara gətirib çıxarmır. Lakin hamilə qadınlar,  immuniteti zəif olan xəstələr, yaşlı insanlar üçün ciddi təhlükə törədə bilər.

Hepatit E virusla yoluxmuş qida və su vasitəsilə yoluxur (fekal-oral mexanizm). On görə də gigiyenik şərait pis olan, suların təmizlənmədiyi yerlərdə epidemiya şəklində özünü göstərir.

Xəstəliyin simptomları özünü yoluxmadan 2-6 həftə ərzində göstərir. Bəzi xəstələrdə ümumiyyətlə heç bir əlamət olmaya bilər. Diqqət edilməli əlamətlər

  • qızdırma
  • əzginlik, yorğunluq hissi
  • aclığın olmaması, qidadan imtina
  • qarında ağrı
  • sidiyin rənginin tündləşməsi
  • nəcisin rəngsiz olması
  • oynaqlarda ağrı
  • dərinin və gözün ağının saralması

Hepatit E bir-çox hallarda öz-özünə 4-6 həftəyə sağalır. Simptomları azaltmağa kömək edir

  • dincəlmək
  • sağlam qidalarla qidalanmaq
  • çoxlu su içmək
  • alkoqoldan uzaq olmaq

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.