Hepatit D (delta) virusu digər viruslardan çox fərqli bir virusdur. Belə ki, bu virus özbaşına heç bir hüceyrəni yoluxdura bilmir. Yalnız artıq Hepatit B yoluxmuş xəstələrdə özünü göstərir və Hepatit B-nin gedişini daha da ağırlaşdırır. Sakit gedişli Hepatit B-ni kəskin, ölümcül təhlükəli virusa çevirə bilir. Hepatit B kimi qan vasitəsilə yoluxur.
Delta virusu bir növ Hepatit B-nin parazitidir, yəni özünü kopyalamaq üçün hepatit B-nin zülalından istifadə edir, ona görə də yalnız HBV olan orqanizmdə artıb çoxala bilir. Delta virusu 2 cür yoluxa bilir:
- Hepatit B virusuna yoluxduqdan sonra delta virusuna yoluxur və bu “superinfeksiya” adlanır. Belə superinfeksiya uzunmüddətli xroniki hal alır.
- Hepatit B və Hepatit D viruslarına eyni vaxtda yoluxma. Bu “koinfeksiya” adlanır. Və daha kəskin, sürətli gedişlə xarakterizə olunur. Belə xəstələrdə qaraciyərin ilkin zədələnməsi – sirroz – qaraciyər çatışmazlığı mərhələləri çox sürətlə bir-birini əvəz edir.
Dünyada 15 milyondan çox insan Hepatit D virusuna (belə xəstələrdə artıq hepatit B də var) yoluxmuşdur. Aralıq dənizi ətrafı ölkələrdə virus daah sıx rast gəlinir.
Hepatit B-yə qarşı peyvənd olunmaqla özünüzü həmçinin Delta virusundan da qoruya bilərsiniz.
No Comments