Qastrit mədə divarının iltihabı prosesidir. Kəskin və xroniki ola bilər. Qastritə əsas 2 faktor səbəb olur.
- Helicobacter pylori – adlı bakteriya
- qeyri-steroid iltihab əleyhinə dərmanların qəbulu
Həmçinin sarkoidoz, Kron xəstəliyi kimi autoimmun xəstəliklər və bir sıra digər infeksion törədicilərdə qastritin əmələ gəlməsində rol oynayır. Qastrit zamanı (həm kəskin, həm də xroniki) ən çox rast gəlinən simptomlar aşağıdakılardır.
- qarında ağrı
- ürəkbulanma
- qusma
- qarında köp, iştahanın itməsi
Qastritə pasiyentin simptomları və xəstəlik tarixi əsasında diaqnoz qoyulur. Laborator olaraq nəfəs, nəcis, qan analizləri işlənilir. Endoskopik müayinə vasitəsilə mədə divarları müşahidə edilir və ehtiyac olarsa biopsiya üçün nümunə götürülür.
Qastritin müalicəsi onu törədən səbəbdən asılıdır. Simptomlar eyni cür müalicə olunsa da, xəstəliyi yaradan səbəblərin müalicəsi müxtəlifdir. Sırf simptomu aradan qaldırmaq xəstəliyi müalicə etmir.
Ümumi olaraq qastritdən əziyyət çəkən pasiyentlərə tövsiyə edilir.
- siqaret çəkməkdən imtina
- yüksək miqdarda alkoqol qəbulundan imtina
- qazlı içkilər və qreyfrut, portağal kimi turş meyvə şirələrindən imtina
- çox yağlı qidalardan imtina
Kəskin qastrin müalicə olunarsa tam sağalan bir prosesdir. Amma xroniki qastrit uzunmüddətli ağırlaşmalara səbəb ola bilər. Xroniki qastritin fəsadlarına aiddir – mədə xorası, anemiya, mədə xərçəngi, böyrək problemləri, strikturalar, bağırsaq obstruksiyası və s.
No Comments