Ödkisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşmişdir, burada qaraciyərdə sintez olunmuş öd toplanır. Ümumi öd axacağı ilə mədəaltı vəzinin axacağı birlikdə 12barmaq bağırsağa açılır. Öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir.
Ödkisəsi ağrısına səbəb olan əsas xəstəliklər bunlardir – xolesistit, öddaşları, biliar kolik, pankreatit (mədəaltı vəzin iltihabı), qalxan xolangit. Qadınlarda öddaşları kişilərə nisbətən 2 dəfə daha çox rast gəlinir. Simptomlar geniş çeşidli ola bilər və müəyyən qida qəbulundan sonra kəskinləşə bilər. Ağrı qarın nahiyəsində, belə yayılan, sancı kimi orta ağırdan kəskin ağıra-dək dəyişə bilər.
Ödkisəsində ağrı zamanı qida qəbulu çətinləşir, insan çəki itirir, elektrolit balansı pozulur, gündəlik işləri rahat yerinə yetirə bilmir. Ödkisəsi ağrısı vaxtında diaqnoz qoyulub müalicə edilməsə öd axacağının blokadası, empiema, qanqrena, pankreatit, peritonit kimi çox ciddi fəsadlar yarana bilər.
Ona görə də ödkisəsi ağrısına ciddi yanaşmaq və vaxtında həkimə müraciət etmək lazımdır. Diaqnoz xəstənin fiziki müayinəsi, laborator müayinələr, USM, KT və s müayinələr əsasında qoyulur.
No Comments