(+994)55 601 18 31 [email protected]

Xolesterol nədir?

Xolesterol orqanizm tərəfindən sintez olunan təbii maddədir. Qandakı xolesterolun çoxu – dəqiq desək 75% qaraciyərimizdə hazırlanır, qalan 25%-i isə qəbul etdiyimiz qidalarla orqanizmə daxil olur.

Bildiyiniz kimi qanda yüksək xolesterol səviyəsi sağlamlığa ziyandır. Amma ümumilikdə xolesterol hüceyrə membranlarında və hormon sintezində çox vacib rol oynayır. Yaşlı insanların hər 3 nəfərindən 1-ində yüksək xolesterol səviyyəsi aşkarlanır. Əksər hallarda yüksək xolesterol zamanı heç bir simptomlar olmur, amma xolesterol qan damarlarında toplanaraq ateroskleroza, yəni damarların sərtləşməsi və daralmasına səbəb ola bilər. Qan dövranının çətinləşməsi və zəifləməsi isə infarkt və insult riskini artırır. 

Ona görə də 20 yaşından sonra hər 4-6 ildən bir heç olmasa qanda xolesterol skrininqi aparılmalıdır. Bu zaman vacib göstəricilərdir.

  • Yüksək sıxlıqlı lipoproteinlər (HDL)
  • Aşağı sıxlıqlı lipoproteinlər (LDL)
  • Triqliseridlər

Triqliseridlərin yüksək olmasının risk faktorlarına aiddir – şəkərli diabet, artıq çəki və siqarətçəkmə.

30% insanlarda qida tərkibindəki xolesterol qandakı səviyyəyə çox güclü təsir edir.  Belə insanlar bir az yağlı qida qəbul edən kimi, xolesterol səviyyəsi artır. Həmçinin genetik meyllilik də xolesterol səviyyəsində rol oynayır. İnsan yaşlandıqca ateroskleroz riski də artır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.