Xroniki qaraciyər xəstəliyi ilə yaşayan pasiyentlərin əsas qayğılarından biri öz xəstəliklərini kontrol altında saxlamaq və inkişaf etməsinin qarşısını almaqdır. Çünki bu sirroza və qaraciyər xərçənginə gətirib çıxara bilər. Bildiyiniz kimi qaraciyər xərçəngi isə ölüm göstəricilərinə görə qabaqcıl göstəricilərdən birini tutur. Ona görə də qeyd edilən xəstəlikləri olan pasiyentlər öz sağlamlıqlarına çox ciddi yanaşmalıdırlar.
- Qaraciyərin piylənməsi
- Hepatit
- Alkoqolizm
- Ödkisəsi xəstəlikləri
Əgər qeyd olunan xəstəliklərdən hansısa birinin əlamətindən şübhələnirsinizsə və ya artıq diaqnoz olunmusunuzsa qaraciyərinizi qorumaq uzun və sağlam həyat yaşamağınız üçün əsas şərtlərdən biridir. Qaraciyərin sağlamlığı üçün aşağıdakı tövsiyələrimiz vardır.
Alkoqol və siqareti tərgitmək – çünki bu 2 maddə qaraciyəri ciddi şəkildə zədələyir. Xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirsinizsə bu 2 maddədən uzaq durmaq sizin 1 nömrəli hədəfiniz olmalıdır.
Gündəlik idman – bədən tərbiyəsi ilə məşğul olmaq tərləmək, sidik ifrazı və bağırsaq hərəkətini stimulyasiya edir. Bunların hamısı isə bədəni toksinlərdən təmizləməyin yollarıdır. Nəticədə qaraciyərə düşən yük azalır. Həmçinin idman vasitəsilə artıq yağlar əridilir.
Ala qanqal qəbulu – qaraciyərin sağlamlığı üçün tövsiyə olunan təhlükəsiz və effektli bitkidir. Qaraciyər iltihabını azaldır, qaraciyərin piylənməsi zamanı faydalıdır, hüceyrə regenerasiyasını sürətləndirir, çapıq toxumanın əmələ gəlməsinin qarşısını alır.
Hepatit A və B-yə qarşı peyvənd – xroniki qaraciyər xəstəliyi olan pasiyentlər üçün əlavə olaraq hepatit virusuna yoluxma ola biləcək ən təhlükəli vəziyyətlərdən biridir. Çünki xəstəliyin gedişini daha da ağırlaşdırır. Ona görə qaraciyərində problem olan pasiyentlərə hepatit A və B analizləri verərək olduqca yoluxucu olan bu viruslardan peyvənd olunaraq qorunmaq tövsiyə olunur.
Çoxlu antioksidant qəbulu – antioksidantlar orqanizmi toxuma zədələnməsindən qoruyurlar, qaraciyər xəstəlikləri zamanı xüsusilə əhəmiyyətlidirlər. Meyvə və tərəvəzlər antioksidantlarla zəngindirlər.
Qeyd olunan tövsiyələr qaraciyəri qorumaq üçün ən effektiv strategiyalardandır.
No Comments