(+994)55 601 18 31 [email protected]

Pankreatit

Mədəaltı vəzinin iltihabı pankreatit adlanır. Kəskin və xroniki formada olur. Kəskin pankreatitin əlamətləri qarın nahiyəsində kəskin, dözülməz ağrılardır. Ürəkbulanma, qusma,  temperaturun qalxması, həmçinin skleranın saralması müşahidə oluna bilər. Mədəaltı vəzin hansı nahiyəsində iltihabın olmasından asılı olaraq ağrıların yeri müxtəlif ola bilər – sağ qabırğaltı, sol qabırğaaltı, kəmərləyici və s. Kəskin pankreatit appendisit və xolesistitdən sonra qarın boşluğunda cərrahi müdaxilə tələb edən ağır patologiyalardandır. Yaranma səbəbi

  • çoxlu alkoqol, yağlı, acılı qida qəbulu
  • Parotit, Koksaki virusları
  • mədəaltı vəzin travmaları
  • estrogen, kortikosteroid, tiazid diuretikləri və s. kimi mədəaltı vəzini zədələyən dərmanların qəbulu. (dərman pankreatiti)
  • mukovissidoz, genetiki meyllilik, mədəaltı vəzin anadangəlmə anomaliyaları
  • digər həzm orqanlarının iltihabı prosesləri, məsələn, xolesistit, qastroduedonit, hepatit

Mədəaltı vəzi bir çox həzmdə iştirak edən fermentlər sintez edir. Bu fermentlər mədəaltı vəzidə qeyri-aktiv formada olurlar, daha sonra aktivləşirlər. Vəzinin zədələnməsinə səbəb isə məhz bu fermentlərin vxtından qabaq aktivləşməsi və mədəaltı vəzinin toxumalarını dağıtmasıdır. Yuxarıda qeyd olunan xarici və daxili faktorların təsirindən bu balans pozulur.

Xroniki pankreatit mədəaltı vəzin uzunmüddət davam edən, residivli gedişli iltihabı xəstəliyidir. Bu zamanı müşahidə olunur – iştahanın itməsi, həzmin pozulması, yağlı, acılı qida qəbulundan və alkoqol içdikdən sonra ağrılarla. Hazırda xəstəlik xeyli cavanlaşmışdır, əvvəl 45-55 yaşlarında arst gəlinirdisə artıq 35 yaşlı pasiyentlərə də bu diaqnoz qoyulur.  Diaqnostika üçün mədəaltı vəzin fermentləri, qarın boşluğunun ultrasəs müayinəsi, mədəaltı vəzin biopsiyası aparılır.

Pankreatitin müalicəsində əsas prinsip pəhrizin gözlənilməsi və medikamentoz müalicədir. Əgər effektsiz olarsa o zaman cərrahi müdaxilə göstərişdir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.