(+994)55 601 18 31 [email protected]

D vitamini çatışmazlığının əlamətləri

D vitamini orqanizmin normal fəaliyyətini təmin edən vitaminlərdən biridir. Kalsium və fosfat mübadiləsi başda olmaqla bir-çox proseslərdə iştirak edir.

Biz D vitaminini bu yollarla qəbul edirik↓

  1. Günəş şüaları
  2. Qida
  3. vitamin əlavələri
  4. solyari və xüsusi lampalar

Hazırda gündən qoruyucu kremlərin geniş istifadəsi, iş yerləri və tədris mərkəzlərinin bağlı məkanda olması, günün qızmar avxtlarında (11.00-15.00) əhalinin günəşdən qaçınması səbəbilə təbii yolla D vitamini alına bilmir, bu da öz növbəsində  D vitamini defisitinin çox geniş yayılmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, tünd dəri D vitaminini daha gec sintez edir. Dərinin rəngi nə qədər ağdırsa D vitamini o qədər tez sintez edir. Həmçinin yaş faktoru da vacib rol oynayır. İnsan yaşlandıqca D vitamini dərisində daha gec əmələ gəlir.

D vitamini çatışmazlığının əlamətləri aşağıdakılardır

  • Ənsə nahiyəsinin tərləməsi
  • dişlərdə kariesin əmələ gəlməsi
  • yuxusuzluq
  • iştahanın itməsi
  • oynaqlarda ağrılar
  • tam dincəldikdən sonra belə yorğunluq və əzginlik hissi
  • qəbzlik

Vitamin D köməkçi vasitə kimi istifadə olunur

  • çəki və sümük möhkəmliyinin artırılması üçün
  • yaşlı insanlarda sınıq və travma riskini azaltmaq üçün
  • hamiləlikdə və yenidoğulmuşlarda raxit xəstəliyinin profilaktikası üçün
  • 2-ci tip şəkərli diabetdə toxumaların insulinə həssaslığını artırmaq üçün
  • testesteron səviyyəsini artırmaq üçün
  • dağınıq skleroz zamanı
  • ağır astma tutmalarında
  • piylənmədə
  • depressiyalar zamanı

Profilaktik olaraq ildə 1 dəfə D vitamininin miqdarını yoxlamaq tövsiyə olunur.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 2,67 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.