İnfeksion mononukleoz bədən temperaturunun yüksəlməsi, boğazda ağrı və limfa düyünlərinin böyüməsi ilə müşahidə olunan kəskin virus xəstəliyidir.
Epşteyn-Bar virusu (İnsan Herpes virusu IV) tərəfindən törədilir. İnfeksion mononukleoz həmçinin “öpüş” xəstəliyi də adlandırırlar, çünki xəstəlik öpüş zamanı tüpürcəklə keçə biilir. Az yaşlı uşaqlarda xəstəlik yüngül və hiss edilmədən keçir, kliniki mənzərə yeniyetmə və gənc yaşlarda özünü göstərir.
İnkubasiya dövrü orta hesbala 30-50 gündür. Əsas 4 simptomu bunlardır:
- Tez yorulma
- Temperaturun artması
- Boğazda ağrı
- Yerli limfa düyünlərinin böyüməsi
Adətən xəstəlik ümumi zəifliklə başlayır, daha sonra temperaturun 38-39 dərəcəyədək qalxması müşahidə olunur. Limfa düyünləri 2-3 sm-dək böyüyürlər. İltihabı proses qaraciyərə də yayılır. Ona görə sağ qabırğaaltı nahiyədə ağırlıq, sidiyin rənginin tündləşməsi müşahidə oluna bilər. Dalaq həmçinin zədələnir və ölçüsü böyüyür.
İnfeksion mononukleozun ağırlaşmalarına aiddir – ensefalit, qıcolmalar, meningit, davranış pozğunluqları. Xəstəlik ümumilikdə 1-2 həftə davam edir, lakin ümumi zəiflik və limfa düyünlərinin şişkinliyi 3 həftəyədək qala bilər.
No Comments