(+994)55 601 18 31 [email protected]

Qaraciyərin piylənməsində pəhriz

Qaraciyərin piylənməsi qaraciyərdə normadan artıq yağ toplanmasıdır. Geniş yayılmış qaraciyər xəstəliklərindən biridir.  Qaraciyərin piylənməsinin əsas risk faktorları artıq çəki və 2-ci tip şəkərli diabetdir.  Ümumiyyətlə artıq çəkidən əziyyət çəkən insanların hər 3-ündən birində qaraciyərin piylənməsi rast gəlinir.

Qaraciyərin piylənməsi zamanı sağlam qidalanma əsas müalicə strategiyasıdır. Buna görə də həkimlər belə pasiyentlərə qidalarında yağ qəbulunu azaltmağı tövsiyə edirlər.

Yeni aparılan elmi araşdırma nəticəsində isə məlum olmuşdur ki, qidada karbohidratların miqdarının azaldılması həmçinin çox müsbət nəticə verir. Karbohidrat dedikdə çörək, makaron kimi un məmulatları,  həmçinin kartof nəzərdə tutulur.

Elmi tədqiqatda iştirak edən pasiyentlərin pəhrizindən 2 həftə ərzində karbohidratlar azaldılmış, əvəzində zülallar artırılmışdır. Nəticədə qaraciyərin yağ metabolizmi sürətlənmiş və yağ miqdarı azalmışdır. Bağırsaq mikroflorasında da dəyişiklik müşahidə olunmuşdur ki, bu da öz növbəsində yağ metabolizmini sürətləndirmişdir.

Həmçinin xəstəliyin kəskinləşməsinə səbəb olan iltihab markerləri interleykin-6 və tumor nekroz alfa faktorunun miqdarında azalma müşahidə olunmuşdur.

Qaraciyər xəstəlikləri zamanı düzgün qidalanma məsləhətlərin hamısını telefonunuza DoctorHep (https://play.google.com/store/apps/details?id=hepatitis.az.doctorhep&hl=en_US) əlavəsini yükləyərək oxuya bilərsiniz.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.