(+994)55 601 18 31 [email protected]

Xroniki yorğunluq sindromu

Xroniki yorğunluq sindromu (XYS) insanın əmək qabiliyyətini aşağı salan, dincəlməklə keçməyən və tibbi cəhətdən izah oluna bilməyən patologiyadır. Yaranma səbəbi haqqında bir çox nəzəriyyələr olsa da, heç biri təsdiq olunmamışdır.  Virus infeksiyası, psixoloji stress, zəif immun sistemi və hormonal pozulma ilə əlaqələndirirlər.

Daha çox 35-45 yaş arası qadınlarda rast gəlinir.  Risk faktorlarına – genetik meyllilik, allergiya, ətraf mühit faktorları aiddir.

Xəstəliyin simptomları ağırlıq dərəcəsindən asılıdır. Ümumi olaraq yanaşdıqda 6 aydan çox müddət davam edən, ən yaxşı istirahət ilə belə keçməyən yorğunluq, gündəlik aktiv həyat tərzinin yerinə yetirilə bilməməsidir.  Digər simptomlara aiddir

  • yaddaşın və diqqətin zəifləməsi
  • gecə yuxusundan sonra gümrahlığın olmaması
  • boyun və qoltuqaltında limfa düyünlərinin böyüməsi
  • xroniki yuxusuzluq və yuxu pozulmaları
  • əzələ ağrısı
  • boğazda narahatçılıq və ağrı hissi
  • oynaqlarda qzartı və şişkinlik olmadan ağrı
  • baş ağrısı

Xroniki yorğunluq sindromunun diaqnostikası çox çətindir, çünki əlamətlərin çoxu digər xəstəliklərə bənzəyir və pasiyentlər ilk baxışdan tamamilə sağlam görünürlər. Ona görə də xroniki yorğunluqdan əziyyət çəkən pasiyentlərin 80%-nə düzgün diaqnoz qoyulmur.

Düzgün diaqnostika üçün pasiyentin xəstəlik tarixi diqqətlə öyrənilməli və yuxarıda sadalanan simptomların azı 4-ü olmalıdır. Simptomların yaranma vaxtı və ağırlığı incələnməlidir.

Xroniki yorğunluğun müalicəsində əsas addım həyat tərzinin dəyişdirilməsidir. Bəzi hallarda antidepressantlar və ağrıkəsicilər də istifadə olunur.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.