(+994)55 601 18 31 [email protected]

Hepatit C zamanı düzgün qidalanma

Nə üçün hepatit xəstələri öz qidalanmalarına fikir verməlidirlər?

Çünki yediyimiz hər bir qida və içki qaraciyər tərəfindən zərərsizləşdirilir, toksinlərdən təmizlənir. Bu o deməkdir ki, biz nə qədər ziyanlı yesək, qaraciyərimiz o qədər əziyyət çəkəcəkdir. Hepatit xəstələrində isə qaraciyər onsuz da iltihablanmışdır, zədələnmişdir.  Bunun üçün onu qorumaq və artıq yükdən xilas etmək lazımdır ki, sirroz yaranmasın.

Ümumi sağlamlıq üçün yeməkdə qidalı maddələr yetərincə olmalıdır. Bu həmçinin immun sistemini möhkəmləndirir və artıq çəki almaqdan xilas edir. Nəzərinizə çatdıraq ki,  artıq çəkili olmaq qaraciyər piylənməsinin əsas risk faktorlarından biridir. Hepatit C-li xəstələrdə 2-ci tip şəkərli diabet yaranma riski yüksəkdir, ona görə şəkər qəbuluna xüsusi diqqət edilməlidir.

Hepatit xəstələri gün  ərzində 5 dəfə qidalanmalıdırlar.  Tövsiyələr

  • meyvə və tərəvəzlər əksik olmamalıdır.  Çünki onların tərkibində orqanizm üçün çox əhəmiyyətli olan – liflər, fol turşusu, A,C vitaminləri və B qrupu vitaminləri vardır.
  • Konservə edilmiş məhsullar alınarkən onların tərkibinə duz və şəkər əlavə olunmamasına diqqət edilməlidir.
  • Zülal tərkibli qidalar yetərincə qəbul edilməlidir, zülallar qaraciyərin özünü bərpa etməsinə kömək edir. Balıq ( balıq bişirilmiş olmalıdır, suşi və digər çiy balıqlar tövsiyə olunmur),  dərisiniz toyuq, qoz-fındıq, yumurta, soya məhsulları tövsiyə olunandır.
  • Süd məhsullarından süd ( pasterizə olunmalıdır, haradan olunduğu bilinməyən, steril olmayan süd qəbul edilməməlidir) , qatıq, pendir çox gözəl zülal və kalsiyum mənbəyidir.
  • Üyüdülməmiş buğda,  təbii və qəhvəyi düyü, qarabaşaq  tövsiyə olunur. Belə üyüdülməmiş məhsullar Sink, Magneziyum, dəmir, B vitaminləri ilə zəngindirlər.

Qəbul edilməməlidir!

Yağlı, işlənilmiş, donmuş, konservə olunmuş,  çox duzlu, çox şirin, fast-food restoranlarından alınmış qidalar.

Sizin üçün hazırladığımız DoctorHep mobil əlavəsini yükləməklə qaraciyər xəstəlikləri zamanı düzgün qidalanma haqqında daha geniş məlumat əldə edə bilərsiniz.  https://play.google.com/store/apps/details?id=hepatitis.az.doctorhep&hl=en_US

 

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.