Vitamin E güclü antioksidantdır. Bu o deməkdir ki, hüceyrələrin özünü bərpa etməsinə, yenilənməsinə kömək edir. E vitaminini yemək vasitəsilə qəbul edirik, həmçinin qida əlavəsi kimi də apteklərdə satılır. Yağda həll olan vitamindir, yəni bədənimizdə toplanır. 8 müxtəlif forması vardır, ən aktiv olanı alfa-tokoferoldur.
Vitamin E xüsusilə xeyirlidir:
- Arteriyaların sərtləşməsində
- Yüksək qan təzyiqində
- Ürək xəstəliklərində
- Xərçəng zamanı
Yeni aparılan elmi araşdırmalar zamanı Vitamin E-nin həmçinin qaraciyərin piylənməsi zamanı effektiv olduğu aşkarlanmışdır. Beləki gündəlik vitamin E qəbul edən qaraciyər piylənməsindən əziyyət çəkən (şəkərli diabet olmayan) pasiyentlərin vəziyyəti yaxşılaşmışdır.
Sadalanan bu əlamətlər Vitamin E defisitinə işarə edə bilər– yaraların gec sağalması varikoz damarlar, əzələ tonusunun aşağı düşməsi, saçın tökülməsi, yaddaş pozğunluğu, immunitetin zəifləməsi
Təbii E vitamini mənbələri – Günəbaxan yağı, günəbaxan tumu, badam, avokado, şomu, şirin kartof
Daha ətraflı məlumatı DoctorHep mobil əlavəmizi yükləyərək əldə edə bilərsiniz.
No Comments