(+994)55 601 18 31 [email protected]

Daun sindromu

Daun sindromu genetik xromosom xəstəliyidir. Yetərincə tez-tez rast gəlinir. Orta hesabla hər 650 doğuşdan birində Daun sindromlu uşaq dünyaya gəlir. Hazırda ikili və üçlü testlər ilə artıq hamiləlik zamanı döldə Daun sindromu riskini təyin etmək mümkündür. Belə skrininq testlərinin geniş yayılması və bəzi ölkələrdə icbari prosedura salınması nəticəsində Daun sindromu ilə doğulan uşaqların sayı azalmışdır.

Bildiyimiz kimi normal insan hüceyrələrində  23 cüt (46 ) xromosom vardır. Lakin Daun sindromlu uşaqlar 47 xromosomla doğulmuş olurlar. 21-ci xromosomdan 3 ədəd olur.

Belə doğulmuş uşaqların xarakter əlamətləri olur – yastı üz, kəllənin qeyri-düzgün formada olması, sümüklərin inkişafının gecikməsi və əyilməsi, zehni inkişafdan geri qalma, hərəkətlərin uyğunluğunun pozulması, ürək qüsurları. Daun sindromlu uşaqlar gec gəzir və gec danışırlar, lakin çoxunda musiqi duyumu yaxşı inkişaf edir. Olduqca mehriban, gülərüz və sözəbaxan olurlar.

Daun sindromu müalicə olunmur, lakin belə doğulmuş uşaqların həyat keyfiyyətini və müddətini uzatmaq üçün yardım etmək olur. Əsas maddələr mübadiləsi, immunitetin möhkəmləndirilməsi, sümük inkişafının düzgün getməsi yönündə müalicə aparılır. Daun sindromlu uşaqların həkim-laqopedlə məşğul olması, digər uşaqlarla ünsiyyətdə olması inkişaf və böyüməklərinə yaxşı təsir göstərir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.