(+994)55 601 18 31 [email protected]

Zəncəfilin bilinməyən faydaları

Zəncəfil bilinən ən faydalı ədvalardan biridir. Bədən və beyin üçün bioaktiv əlavələrlə zəngindir.  Onu bəzən “super qida” adlandırırlar. Təbii halda, qurudulmuş, toz şəklində, yağı və şirəsi də istifadə oluna bilər.  Tərkibində gingerol maddəsi vardır ki, gingerol çox güclü iltihab əleyhinə maddədir.  Həmçinin antioksidant effekti də vardır.

Zəncəfil ürəkbulanmaya qarşı çox effektlidir. Keçmiş zamanlarda gəmiçilər zəncəfilin bu faydasını bilib, dəniz tutması zamanı istifadə edirdilər.  Hazırda əməliyyat sonrakı, kimya terapiyası zamanı və hamilələrdə olan ürəkbulanma zamanı istifadə edilir.

Zəncəfil əzələ ağrısı zamanı  effektlidir. Osteoartrit kimi yetərincə çox rast gəlinən oynaq xəstəlikləri zamanı da təsir göstərir. Oynaqlarda sərtlik və ağrını azaldır. Həzm funksiyasına kömək edir, dispepsiyanı aradan qaldırır.

Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə zəncəfil tövsiyə olunur. Çünki qanda şəkəri azaltmağa kömək edir. Eyni zamanda xolesterin səviyyəsini azaltdiğı üçün ürək xəstəlikləri riskini də azaldır.

Tez-tez stress keçirmək və xroniki iltihab, bildiyimiz kimi, yaşlanma prosesini tezləşdirir. Bu da öz növbəsində ağıl zəifliyi və Alzheymer xəstəliyinin yaranma ehtimalını artırır. Araşdırmalar göstərir ki, zəncəfil beyni yaşlanma ilə bağlı olan dəyişikliklərdən qoruyur və üstəlik beyin funksiyalarını yaxşılaşdırır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.