(+994)55 601 18 31 [email protected]

Qaraciyər analizləri necə verilməlidir?

Qanın biokimyası – orqanizmin sistem və orqanlarının funksiyasını qiymətləndirmək üçün aparılan laborator müayinələrdir. Biokimyəvi analizlərlə  zülal, yağ və karbohidrat metabolizmi, həmçinin orqanizmin ehtiyacı olan vitamin və mikroelementlər haqqında məlumat almaq mümkündür.  Qaraciyərin patoloji vəziyyəti qanın biokimyəvi analizlərində özünü mütləq göstərir.

Pasiyentin diaqnozunu təsdiqləmək və inkar etmək üçün xəstəliyin kliniki mənzərəsi, USM nəticələri və laborator müayinələr hamısı nəzərə alınır.  Hepatoloq standart 6 parametrdən ibarət skrininq və ya 15 parametric genişləndirilmiş müayinə təyin edə bilər. Analizin nəticəsinin güvənilən olması üçün aşağıda qeyd edilən qaydalara riayət olunmalıdır.

1. Analiz acqarna verilməlidir – qaraciyər bildiyimiz kimi həzm prosesində aktiv iştirak edir, ona görə də analiz öncəsi qəbul edilən qida nəticənin dəyişməsinə səbəb ola bilər.  Son qida qəbulu analizdən azı 8 saat öncə olmalıdır. Həmçinin bu içkilərə də aiddir. Analiz öncəsi yalnız su içilə bilər. Bundan əlavə analiz öncəsi heç olmasa 24 saat acılı və yağlı qidadan çəkinmək tövsiyə olunur.

2. Alkoqol qadağandır! – Hətta az dosada belə alcohol qaraciyərə yuk salır və qanın xarakteristikasını (xüsusən də laxtalanma) dəyişir. Ona görə də qan analizi və son alkohol qəbulu arasında azı 3 gün olmalıdır.

3. Siqarət çəkmək olmaz – Əgər qeyd olunan zərərli vərdişiniz varsa son siqaret analizdən 12 saat əvvəl çəkilməlidir.

4. İdman gözləyə bilər – Analiz verməzdən 3 gün öncə fiziki yükün azaldılması və idmanın dayandırılması tövsiyə olunur. Bu kateqoriyaya həmçinin psixoemosional gərginlik, stress vəziyyəti də aiddir. Yuxu normasının gözlənilməsi də vacibdir.

5. Dərman qəbulu dayandırılır – Analiz nəticəsinə hətta adi vitamin qəbulu da təsir edə bilər, ona görə analizdən 1 həftə öncə dərman qəbulunun dayandırılması lazımdır. Bəzi dərman maddələri qanın xarakteristikasına uzun müddətli təsir göstərə bilər, ona görə hər bir halda müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

Qaraciyər analizlərinə aiddir: total Bilirubin, düz bilirubin, ALT, AST, QQT, qələvi fosfataza.

Geniş qaraciyər müayinəsinə əlavə olunur: zülal fraksiyaları, xolinesteraza, lipaza, LDH, qlükoza, sidik cövhəri, xolesterin, protrombin və s.

Qaraciyər analizləri haqqında ətraflı məlumatı DoctorHep mobil əlavəsini yükləməklə əldə edə bilərsiniz https://play.google.com/store/apps/details?id=hepatitis.az.doctorhep&hl=ru

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.