Ekspertlər xəbərdarlıq edir: Laym xəstəliyi hazırda artmaqdadır, xəstəliyin keçiricisi isə gənələrdir. İsti havalarda təbiətlə daha çox ünsiyyətdə olduğumuzdan gənə hücümunə məruz qalma ehtimalı da yüksəkdir. Qaraciyər iltihabı zamanı Laym xəstəliyinə yoluxma riski çoxdur, ona görə gənələrdən qorunmaq vacibdir.
Laym xəstəliyi Borrelia burgdorferi bakteriyası tərəfindən törədilən xəstəlikdir, keçiricisi gənələrdir. Laym xəstəliyinin simptomlarına aiddir:
- Üzün iflici
- Limfa düyünlərinin böyüməsi
- Yayılmış oynaq ağrıları
- Soyuqdəyməyə bənzər əlamətlər-qızdırma, titrətmə
- Gənə dişlədiyi nahiyədə iri səpgilər
Gənə dişləməsinin qarşısını almaq üçün:
- Zərərvericilərə qarşı olan spreylərdən istifadə edin. Çalışın ki, təbii tərkibli spreylər seçəsiniz, çünki əksəriyyəti həşəratlardan əlavə insan orqanizmi üçün də ziyanlıdır.
- Həyətdə işləyəndə, kampinqə, meşəyə getdikdə özünüzü yoxlayın. Gənələr adətən balaca toxum boyda, qəhvəyi rəngdə olurlar.
- Gənələr quru havada tez məhv olurlar, 80%-dən az rütubətdə 8 saatdan çox qala bilmirlər. ona görə çalışın ki, günəş altında çox vaxt keçirəsiniz.
- Həyətinizdə və evinizin ətrafında olan ərazini təmiz saxlayın, kolluqları, alaq otlarını təmizləyin.
- Bədəninizi örtün. Çox isti olmadıqca təbiətə gedərkən uzunqol köynək geyinin, şalvarı ayaqqabının içinə salın.
- Fendən istifadə edin. Gənələr qurumaya həssasdırlar. Əgər paltarınızda gənə olmasından şübhələnirsinizsə həmin nahiyəni yüksək istidə fenlə 5 dəqiqə qurudun.
- Gənə aşkarladığınız zaman gecikmədən dərinizdən qopardın. Gənəni ayırdıqdan sonra həmin nahiyə və əllərinizi spirtləyin, sabunlu su ilə yuyun.
No Comments