(+994)55 601 18 31 [email protected]

Günəş yanıqlarından qorunmağın yolları

Yay dedikdə bir-çoxlarımızın ağlına dəniz, günəş və qum gəlir. Lakin gün altında dincələn zaman ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüalarının tərkibində olan ultrabənövşəyi şüalar dəri xərçəngi riskini artırırlar. Güşdən qorunmaq üçün sizə 7 məsləhət tövsiyə edirik.

  1. Hər dəfə evdən çıxdıqda gün kremi çəkin, hətta buludlu havalarda belə kremsiz çıxmayın, 2 saatdan bir yeniləyin.
  2. Kremi evdən çıxmazdan azı 15-30 dəq əvvəl çəkin. Suya davamlı, SPF 30 və yüksək olan kremlərə üstünlük verin.
  3. 6 aydan kiçik körpələri  başıaçıq gündə qoymayın, mütləq açıq yerlərini örtün.
  4. Saat 10.00-16.00 arası gün altına çıxmamağa çalışın.
  5. Gözlərinizi gündən qorumaq üçün gün eynəyi taxın, günün ultrabənövşəyi şüalarını tam absorbsiya edən gün eynəklərinə üstünlük verin.
  6. Su və qum gün şüalarını əks etdirir, ona görə də  gündən yanma ehtimalını artırır, qumda uzanıb yatmaq olmaz.
  7. Bəzi dərman maddələri qəbul günə olan həssaslığı artırır, dəridə ləkələr və qıcıqlanma daha tez baş verir. Bu qrupa bəzi antibiotiklər, iltihab əleyhinə dərmanlar, göbələk dərmanları, təzyiq və kimyaterapiya aiddir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.