(+994)55 601 18 31 [email protected]

Brusellyoz

Brusellyoz-təhlükəli və yoluxucu xəstəliklərdən biridir.  Həmçinin Malta qızdırması olaraq da tanınır. Törədicisi  qram mənfi bakteriyalardır. İnsanlarda bu 4 növü xəstəlik törədir – B. abortusB. canisB. melitensis, and B. suis.  Brusella sümüklərin, həzm sisteminin, gözlərin, limfa düyünlərinin, ürogenital, sinir və ürək-damar sistemlərinin zədələnməsi ilə özünü göstərir.

Brucella zoonoz infeksiyadır, xəstə heyvanlardan insana zədələnmiş dəri nahiyəsindən keçir. Bununla yanaşı, infeksiya qida və hava-damcı yolu ilə də keçə bilir. Pasterizə olunmamış süd və yaxşı bişirilməmiş ət əsas yoluxma mənbəyidir. 

Brusellyozdan əziyyət çəkən xəstələr zəiflikdən, aşağı ətraf oynaqlarındakı ağrılardan, bədən temperaturunun 38 ° C-ə qədər artmasından, xüsusilə də gecə vaxtlarında güclü tərləmədən şikayətlənirlər. Brusellozun gedişatının üç növü var: kəskin, yarımkəskin və xroniki. Diaqnoz kliniki şəkil və laborator analizlərin nəticəsi əsasında qoyulur.

Brucelleza olan İgM anticismlərin seroloji tətqiqatı infeksiyon xəstəliyin olub olmamasını təyin edir. Yoluxma zamanı limfositlər immunoqlobulinlər (bakteriyaları neytrallaşdıran zülallar) sintez etməyə başlayırlar. İgM sinifinə aid olan anticismlər ilkin olaraq sintez olunurlar. İlk həftədə maksimuma çatıb sonradan azalırlar. İmmuloqlobulin M ay ərzində qanda mövcud qalır. İgM anticismlərin qanda aşkarlanması xəstəliyin kəskin fazada olduğu haqda məlumat verir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.