Qaraciyər həzm prosesində müstəsna rol oynayan orqandır. Yediyimiz qidadan qəbul etdiyimiz dərman maddələrinədək qaraciyərdə zərərsizləşdirilir. Ona görə də qaraciyərin qayğısına qalmaq lazımdır.
Qaraciyər sağ qabırğaaltı nahiyədə yerləşir. o 500-dən çox funksiya yerinə yetirir, məsələn – öd sintezi qlükoza depolanması və s.
- Alkoqol qəbulundan qaçının – alkoqol qaraciyər hüceyrələri olan hepatositləri zədələyir. Uzunmüddətli və çoxlu qəbul zamanı sirroza gətirib çıxarır.
- Fiziki aktivlik və sağlam qidalanma – bu zaman həm çəkinizi kontrol altında saxlaya biləcəksiniz, həm də fiziki hazırlığınızı yaxşılaşdıracaqsınız.
- Dərman qəbulu zamanı ehtiyatlı olun – bəzi xolesterin dərmanları qaraciyərin ciddi zədələnməsinə gətirib çıxarır. Bəzi ağrıkəsicilər həmçinin qaraciyərə mənfi təsir edir.
- Hepatitlərdən qorunun – Hepatit A qida-su vasitəsilə, Hepatit B və C isə qanla keçir. Hepatit A və B üçün peyvənd mövcuddur, peyvənd olunmaqla tam qoruna bilərsiniz.
- Toksinlərdən uzaq olun – bəzi təmizləyici maddələr, aerozollar, insektisidlər (həşəratları öldürmək üçün istifadə olunan məhsullar) tənəffüs zamanı orqanizmə daxil olaraq qaraciyəri zədələyir.
- Bitki və qida maddələri qəbul edərkən diqqət edin – Hazırda bazarda qaraciyər üçün faydalı olduğu iddia edilən xeyli məhsul satılır. Bir-çoxunun effekti sübut olunmamışdır, ona görə də həkim təyinatı olmadan qəbul etməyin.
- Kofe için – gündəlik kofe içilməsi qaraciyər xəstəliklərinin rastgəlmə ehtimalını azalır.
No Comments