İnsan orqanizmi çox mükəmməl və mürəkkəb bir sistemdir. Bədənimizdə baş verən hər-hansı bir fəyişiklik öz izini digər orqanlarımızda da qoyur. Həmçinin keçirdiyimiz hisslər, stress sağlamlıq vəziyyətimizə birbaşa təsir edir. Dırnaqlarımızda olan dəyişikliklər də orqanlardakı problemlərdən xəbər verə bilər.
1.Solğun dırnaqlar qanazlığı, qaraciyər xəstəliyi, yetərli qidalanmamaya işarə edir. Dırnaqların ağımtıl, kənarlarının tünd olması isə hepatit viruslarının əlaməti ola bilər.
2. Dırnaqların saralması əksərən göbələk infeksiyasının əlamətidir. Nadir hallarda həmçinin qalxanabənzər vəzi xəstəliyi, ağciyər və psoriaz zamanı da müşahidə olunur.
3. Dırnaqları göyərməsi orqanizmin yetərincə oksigen almamasını göstərir. Həm ürək, həm də ağciyər xəstəliklərində rast gəlinə bilər.
4. Dırnaqların üzərinin nahamar olması (girinti-çıxıntıların olması) artrit və ya psoriazın erkən əlaməti ola bilər.
5. Quru, ortadan çatlayan-bölünən dırnaqlar daha çox qalxanabənzər vəzi xəstəlikləri ilə əlaqəlidir. Əlavə olaraq dırnağın saralması da varsa göbələk infeksiyası da nəzərə alınmalıdır.
6. Dırnağın ətrafındakı dərinin qızarıb şişməsi iltihab əlamətidir. Qırmızı qurdeşənəyi kimi sistem birləşdirici toxuma xəstəliklərin və ya infeksiya səbəb ola bilər.
7. Dırnağın altında qara xəttlər müşahidə olunursa mütləq həkimə müraciət olunmalıdır, çünki bəzən bu təhlükəli dəri xərçəngi olan melanomanın əlamətidir.
Unutmayın, dırnaqlarda olan dəyişikliklər mənzərənin yalnız bir hissəsidir. Bir-çox hallarda digər simptomlarla yanaşı müşahidə olunurlar. Son diaqnoz yalnız tam fiziki, laborator və instrumental müayinədən sonra qoyula bilər.
No Comments