(+994)55 601 18 31 [email protected]

Alkoqol hepatitindən ölüm sayı artıb

Yeni tədqiqatlar nəticəsində alkoqol hepatiti ilə bağlı ölüm sayının artdığı aşkarlanıb. Çoxlu alkoqol qəbulu qaraciyərin iltihabına – hepatitə səbəb olur ki, o da müalicə olunmadıqda qaraciyər sirrozuna çevrilir. Sirroz zamanı qaraciyər toxuması artıq əvvəlki kimi funksiyasını icra edə bilmir.  Nəzərə alsaq ki, qaraciyərdə 500-dən çox proses icra olunur, onun işinin zəifləməsi bütün orqanizmə öz təsirini göstərir.

Statistikaya əsasən alkoqol hepatiti 65% artmışdır. Ən qorxulusu isə alkoqol asılılığının və onun səbəb olduğu xəstəliklərin yayılması gənc əhali (25-34 yaş) arasında qeydə alınmışdır.

Erkən mərhələdə aşkarlandıqda sirroz müalicə olunur və qaraciyərin işi normallaşır. Lakin bir-çox hallarda son mərhələdə yalnız həkimə müraciət olunduğundan yardım göstərmək olmur.

Unutmayın, alkoqola görə hər bir ölüm azı 10 il  itirilmiş həyat və dağılmış bir ailə deməkdir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.