Qaraciyər ensefalopatiyası kəskin qaraciyər xəstəliyi nəticəsində beyin funksiyasının pozulmasıdır. Buna səbəb qaraciyərin zədələnməsi nəticəsində qanı toksin və zərərli maddələrdən tam təmizləyə bilməməsidir. Nəticədə qanda çoxlu toksinlər toplanır ki, bu da beyinin zədələnməsinə gətirib çıxarır.
Qaraciyər ensefalopatiyası kəskin (qısa müddətli) və xroniki (uzun müddətli) ola bilər. Hətta bəzən ensefalopatiya nəticəsində pasiyent komaya da düşə bilər.
Ensefalopatiyaya əsas səbəb olan xəstəliklər:
- Kəskin virus hepatitləri- Daha çox Hepatit B və C-nin kəskin gedişində qeyd olunur.
- Toksik hepatit – alkoqol, narkotiklər, kimyəvi maddələr və dərmanlar nəticəsində yarana bilər.
- Reye sindromu – daha çox uşaqlarda rast gəlinir, qaraciyər və beyinin kəskin iltihabı və ödemi ilə müşahidə olunur.
Ağır sirroz və qaraciyər çatışmazlığının son mərhələsində də ensefalopatiya müşahidə oluna bilər. Qaraciyər ensefalopatiyasının simptomlarına aiddir:
- Diqqətin pozulması
- Yaddaşın zəifləməsi
- Düşüncənin pozulması
- əlyazma ilə bağlı çətinlik və ya kiçik əl hərəkətlərinin itirilməsi
- çaşqınlıq
- qıcolmalar
- xarakter və davranışın dəyişməsi
- danışığın pozulması
- əllərin əsməsi
- hərəkətlərin yavaşıması
Ensefalopatiyanın simptomları müşahidə olunduğu zaman gecikmədən həkimə müraciət etmək lazımdır, vaxtında müalicə ilə tam sağalması mümkündür.
No Comments