(+994)55 601 18 31 [email protected]

Hepatit D virusu riski

Hepatit D (delta) hepatit viruslarının aqressiv forması olub Hepatit B ilə yoluxmuş insanlarda ancaq rast gəlinir. Hər iki virusa eyni zamanda yoluxma və ya öncə Hepatit B-yə, daha sonradan Hepatit D-yə yoluxma mümkündür. Hər iki infeksiyaya eyni zamanda yoluxma  sirroz və qaraciyər xərçənginin yaranma ehtimalını artırır və daha mürəkkəb müalicə planı tələb edir. Əgər orta hesabla tək Hepatit B infeksiyası zaman müalicə alınmadıqda sirrozun əmələ gəlməsi 10-15 il çəkirsə, Hepatit D qoşulduğu zaman bu proses cəmi  1-2 il çəkir.

Hepatit D Hepatit B kimi yayılır, yəni yoluxmuş bədən mayeləri və qan vasitəsilə insandan insana keçir. Əgər xroniki Hepatit B ilə bağlı müalicə aldığınız zaman

  • Antiviral müalicə heç bir effekt vermirsə
  • Hepatit B-nin virus yükü az olduğu halda qaraciyərin zədələnmə əlamətləri varsa

Hepatit D ilə koinfeksiya yoxlatmaq lazımdır. Həmçinin qaraciyərin piylənməsi, alkoqol hepatiti və ətraf mühit toksinləri istisna olunmalıdır. Orta Şərq, Rusiya, Afrika, Çin, Amazoniya kimi bölgələrdə Hepatit D daha geniş yayılmışdır. Ümumilikdə 15 milyon insan Delta virusuna yoluxmuşdur. Bir çox hallarda Hepatit D-yə yoluxma əlamətsiz keçir, yalnız dəqiq qan analizi vasitəsilə təsdiqlənə bilir.

Hepatit B-yə qarşı peyvənd olunmaqla özünüzü həm də Hepatit D-dən qoruya bilərsiniz.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.