(+994)55 601 18 31 [email protected]

Hepatit B-nin müalicəsi

Xroniki Hepatit B ilə yaşayan insanlar qaraciyərin sağlamlığının qeydinə xüsusilə qalmalıdırlar.  Vaxtaşırı qaraciyər mütəxəssisinin qəbulunda olmalı, alkoqol və siqaretdən qaçınmalı, sağlam qidalanmalıdırlar.  Hepatit B-nin müalicəsində uşaqlar və böyüklər üçün təsdiq olunmuş dərmanlar vardır. Bu dərmanlar hepatit B virusunun çoxalmasının və qaraciyərin vəziyyətinin daha da ağırlaşmasının qarşısını alır. Müalicə zamanı 2 əsas istiqamət götürülür:

  • İmmunəmoduləedici preparatlar – bu dərmanlar immun sistemini gücləndirərək  Hepatit B virusu ilə mübarizə aparmasına yardımçı olurlar.
  • Antiviral dərmanlar – Hepatit virusunun çoxalmasını yavaşladıb qarşısını almaq üçün istifadə olunur. Nəticədə iltihabı və qaraciyərin zədələnməsini azaldırlar. Əksərən 1 il və daha uzun müddətə qəbul edilirlər.

Müalicə almasanız belə mütəmadi olaraq qaraciyər mütəxəssisi ilə görüşməlisiniz.  Standart olaraq 6 aydan bir həkimə getmək tövsiyə olunur, lakin qaraciyərin vəziyyətindən asılı olaraq daha tez-tez və ya ildə 1 dəfə kontrola gəlməyiniz lazım ola bilər. Qeyd olunan müalicələr qaraciyərin aktiv zədələnməsi müşahidə olunan pasiyentlərdə daha effektiv olurlar.  Bu zaman fiziki müayinə, qan analizləri və USM vasitəsilə qaraciyərin vəziyyəti və virusun aktivliyi dəyərləndirilir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.