Müasir təbabətin diaqnostik prosedurlarını şərti olaraq bir neçə mərhələyə bölmək olar.
1. Preanalitik – bu mərhələdə klinisist hansı müayinələrin aparılması haqqında qərar verir. Bəzi hallarda baş verən infeksion xəstəliklərin baş verdiyi hallarda konkret olaraq differensiasiya üçün simptomatik şəkil alınır və bu zaman laborator müayinələrə ehtiyac yaranır. Bu müayinələrin təyin edilməsi tam olaraq müalicə həkimindən asılıdır. Təəssüf olsun ki, müasir laborator müayinələr haqqında kifayət qədər məlumatlı olmadıqlarından bəzən klinisistlər düzgün müayinə sxemi tərtib etməkdə çətinlik çəkirlər.
2.Analitik – bu mərhələ artıq laborator mütəxəssislərin işidir. Bu halda təyin olunmuş bütün müayinələr aparılmalı, pasiyentin etioloji vəziyyəti haqqında məlumat toplanır, bu və ya digər infeksion agentin olması haqda informasiya əldə edilir.
3. Postanalitik – Bütün aparılan prosesləri taclandıran mərhələdir ki, toplanan məlumatlara əsasən klinisistlər düzgün müalicə strategiyası seçirlər.
MÜASİR LABORATOR KOMPLEKSİ – Bu gün aparılan hansısa müayinə metodu haqda demək olmaz ki, o təklikdə lazım olan obyektiv informasiyanı tam verir. Hətta başlanğıc etapda belə artıq sınaqdan keçmiş klassik müayinələrlə yanaşı müasir laborator analizlərin birgə aparılması haqqında düşünmək lazımdır. Çox vacibdir ki , klinisistlər dəqiq bilsinlər ki, onların müşahidə etdikləri klinikaya səbəb olan məhz hansı infeksion agentdir.
Problem ondadır ki, müasir dövrdə gündəlik praktikada rastlaşdığınız infeksiyaların əksəriyyəti latent və ya opportunistdir.
Belə agentlərin tapılması heç də həmişə onun patoloji prosesin səbəbkarı olduğunu sübut etmir. Bəzən hətta infeksion agent saprofit flora təşkil etdiyindən çox minimal klinikayla özünü biruzə verir. Bu həm virus , həm də bakterioloji infeksiyalara aiddir.
Müalicənin simptomatik deyil etioloji və daha effektiv aparılması üçün multifaktor laborator müayinələr aparılmalıdır.
Bəs hansı arsenal metodlar mövcuddur?
Şərti olaraq birbaşa – laboratoriya birbaşa törədici fraqmentini araşdırır. Birdə dolayısı ilə birbaşa aparılan metodlara – bakterioloji, mikroskopik, immunoflurosent və bu gün üçün çox aktual olan DNT diaqnostika ilk növbədə – amplifaksion, hibridizasyon texnologiyalar aiddir. Dolayı müayinə metodlarına isə – histoloji, in strumental və sitoloji müayinələr aiddir.
USM- DIAQNOSTIKA
Qaraciyər xəstəlikləri zamanı xəstə üçün ilkin, əhəmiyyətli, praktik, sadə və dəqiq müayinə metodu ultrasəs müayinəsidir. Müayinənin üstünlüyü ondan ibarətdir ki, səs dalğalarından istifadə olunduğu üçün xəstə heç bir şüalanma almır, üfüqi vəziyyətdə uzanaraq aparatın xüsusi sensorlarından istifadə olunur. Müayinənin ac qarına aparılması daha məqsədə uyğundur. Bu zaman qaraciyərin ölçülərinin böyük və ya kiçik olması, qaraciyər toxumasında hepatositlərin (qaraciyər hüceyrələri) səs dalğalarını udma intensivliyindən asılı olaraq onlarda funksional, patoloji dəyişikliklərin olub-olmaması aydınlaşdırılır.
Qaraciyərin kapsulasının hamarlılığı, itiliyi, qalınlaşması,diafraqmaya münasibəti, ətrafında mayenin yığılması nəzərə alınır.
Qaraciyər strukturasında birləşdirici toxumanın az və ya çox olması, hansı nahiyədə artması böyük əhəmiyyət kəsb edir.
Kistalar, törəmələr, hemangiomalar, kalsenatlar asanlıqla aşkar olunur.
Dopplerometrik Ultrasəs müayinəsi zaman qaraciyər toxumasının qidalandıran arteriyaların, qapı venasının, qaraciyər daxili venaların, hətta aşağı boş venanın xəstəliklərə uyğun dəyişikliyi (diametr,axın sürəti,rezistentlik indeksi, pulsasion indeks, sistolanın diastolaya nisbəti, hepatopedal və ya hepatofunqal olması, trombozlar, divar boyu sərtləşməsi, çöküntüləri və s.) aydınlaşdırılır.
Vaxtında aşkar olunmuş xəstəliyin müalicəsi daha effektiv olur. Hər bir insan üçün hər hansı bir xəstəliyin olub-olmamasından asılı olmayaraq profilaktik olaraq heç olmasa ildə bir dəfə ultrasəs müayinəsindən keçməsi vacibdir.
PZR- polimeraz zəncirvari reaksiya
II minillikdə çox böyük kəşflər sayəsində gen mühəndisliyində əldə olunan nailiyyətlər tibbdə prinsipial olaraq yeni istiqamətlərin yaranmasına zəmin yaratdı. Hal hazırda çox böyük müvəffəqiyyətlə kliniko-diaqnostik laborator metod olaraq DNK-diaqnostikası tətbiq edilir. Bu metodlar arasında 1 ci yeri PZR və DNT hibritizasiyası tutur.
PZR – yəni zəncirvari polimeraz reaksiyasının prinsipial metodu 1983 cü ildə Kepi Myullis tərəfindən işlənmişdir. Praktikada tətbiqi haqqında ilkin məlumatlar 1985 ilə təsadüf edir. Amma bu sahə də durmadan inkişaf etdiyi üçün PZR özü də tək metod deyil – amplikasion texnologiyada. Artıq praktik laboratoriyada zənvirvari liqaz reaksiyalarına (LCR), zəncirin yerdəyişməsi ilə aparılan amplifikasiyalar (SDA) tətbiq edilir.
PZR – müayinə infeksiya törədicisinin tək hüceyrələrinin belə aşkarlanmasına zəmin yaradır. Hansılar ki, xəstəliyin yaranmasına səbəb olur. Bu proses müayinə olunan DNT molekullarının dəfələrlə sayəsində mümkün olur. Aparılan test-sistemlər DNT-nın amplifikasiyasına əsaslanır. Pasientin patologiyasına səbəb olan virus, bakteriyaların aşkarlanmasına xidmət edən bu metod başqa müayinələrin ( bakterioloji, seroloji) effektiv olmadığı halda belə düzgün nəticə verir.
Ümumiyyətlə polimeraz reaksiyanın mahiyyətini aydınlaşdıraq. 1955-ci ildə Korinbuq hüceyrələrdə DNT-polimeraz adlanan ferment aşkarladı. Bir sıra başqa funksiyalarla yanaşı bu ferment əsasən DNT nın reperasiya və replikasiyasına xidmət edir. DNT-polimeraza gödək oliqonukleotid praymerləri uzada bilir, onların sayına 3 əlavə nukleotid birləşdirməklə. Ancaq bunun üçün praymer hibridizasya olunmalıdır və DNT-nın komplimentar zənciri ilə birləşməlidir. Bu da matris adlanır.Bu reaksiya gedən mühitdə nukleozidtrifosfatlar olmalıdır ki, bunlar tikinti blokları rolunu oynayır. Replikasiya və reparasiya sayəsində DNT-nın ikiqat zəncirinin hər biri matris rolunu oynayır və yenisinin sintezinə səbəb olur.
PZR-test sistemi çox çətin kultivasiya olunan, kultivasiya olunmayan və persistensiya olunan patogen törədicilərin tapılmasında çox effektlidir. PZR-diaqnostikanın başqa üstünlüyü aparılan reaksiyalar sayəsində bakteriyaların özünün deyil, onun DNT molekulunun, hətta həmin molekulunda törədici üçün marker rolunu oynayan müəyyən hissəsinin artması baş verir. Nəhayət sözü gedən metodun spesifikliyi çox mühüm faktordur. Artıq qeyd etdik ki, polimeraz reaksiyanın getməsi üçün nukleotidlərin hibridizasiyası vacibdir.
PZR-in 5 əsas komponenti var:
a) Ferment Tag-DNT-polimeraza
b) Praymer
c) 4 tip dezoksinukleozidtrifosfat (dNTF)
d) Kopyalanmış DNT
e) Mg+ ionları
PZR hepatitlərin diaqnostikasinda əsas yer tutur. Virusun qanda keyfiyyət ,kəmiyyət və genotip analizləri məhz PZR vasitəsi ilə aparılır. Beləki, keyfiyyət analizi vasitəsiylə virusun qanda aşkarlanması aparılırsa, kəmiyyət analizi virusun miqdarca təyin olunmasına xidmət edir. Genotip analizi isə 1 dəfə təyin edilir.
İFA – immunofermentativ analiz
Sadə şəkildə izah etsək məhz bu laborator analiz orqanizmin immun yaddaşı haqda məlumat verir.Belə ki İFA vasitəsi ilə hətta uşaq vaxtı keçirdiyimiz xəstəliklər haqda məlumat ala bilərik.
Viruslu hepatitlərin diaqnostikasında isə İFA vasitəsi ilə xəstəliyin hansı klinik fazada olduğu və orqanizmin verdiyi immun cavab reaksiyası təyin edilir. Qısa desək antitel və antigen nisbəti aparıcı rol oynayır. Aşağıdakı cədvəllərdə B və C viruslu hepatitlərin infeksion markerlərinin İFA vasitəsi ilə təyin edilmə alqoritmi diqqətinizə çatdırılır.
No Comments