(+994)55 601 18 31 [email protected]

Hepatit və Pəhriz

Uyğun pəhriz müalicəsi sağalma üçün çox vacibdir.
ENERJİ: Hepatitlərdə məsələ toxma bərpası olduğu üçün gündə ən az 2500 kalori məsləhət görülür. Lakin xəstənin əsasən iştahasız olması və ürəkbulanma olduğu üçün bu hal yüksək enerji qəbulunu çətinləşdirir. Menyu tərtib olunarkən bu məsələlər diqqətə alınmalı və uyğun pəhriz proqramı verilməlidir.


ZÜLAL: Qaraciyər hüceyrələrinin bərpası üçün pəhriz proteinlə zəngin olmalıdır. Ayrıca protein, metionin və xolin kimi lipotrofik maddələr yağların lipoproteinlərə çevrilərək qaraciyərdən daşınmasını təmin edir. Bu şəkildə yağ infiltrasiyasının (toxma hüceyrələrində və ya hüceyrəarası yağ toplanması) qarşısı alınmış olur. Gündə 90-100 qram və ya hər kiloya 1,5-2 qr. protein qəbulu məsləhət görülür.

 

KARBOHİDRAT: Yüksək enerjini təmin etmək və qoruyucu qlikogen depolarını bərpa etmək üçün günlük veriləcək karbohidrat miqdarı yüksək olmalıdır (300-400 qr. gün). Belə halda verilən proteinlərdə enerji üçün deyil, toxma bərpası üçün istifadə olunmuş olar.


YAĞ: Pəhrizdəki yağ miqdarı orta dərəcədə olmalı, ancaq xəstədə ürək bulanma və qusma varsa diqqətli olmaq lazımdır. Yağlı qidalar ürək bulanmasına səbəb ola bilər. Ancaq xəstə iştahasız olduğu üçün yağ yeməklərin ləzzətini artıracaq şəkildə pəhrizə əlavə olunmalıdır. Ümumiyyətlə, gündəlik toplam yağ miqdarı 65-85 qram, əgər xəstədə ishal varsa 30-40 qram olmalıdır. Qovrulmuş yağlı qidalardan (yağlı ətlər, şokolad, krem, qaymaq, mayonez və s.) uzaq durmaq lazımdır.
MAYE: Bədəndəki toksik maddələrin (ammonyak kimi) atılması üçün xəstənin maye qəbulu artırılmalıdır (3,0-3,5 litr gundə). Bundan başqa su balansının saxlanması vacibdir.

SPİRTLİ İÇKİLƏR: Spirtli içkilər ən vacib mənfi təsirini qaraciyərə etdiyi üçün xəstəlik sağalsa belə spirtli içkilərdən uzaq durmaq lazımdır.
VİTAMİN VƏ MİNERALLAR: Vitamin müalicəsinin kəskin viral hepatitdə şəffaf təsiri yoxdur. Ayrıca, hepatitlə vitaminlərin metabolizmi pozulur. Yüksək dozalı vitamin müalicəsindən qaçmaq lazımdır. Məsələn, yüksək dozada nikotinamid qaraciyər zədələnməsinə yol aça bilər. Bundan başqa K vitamini, protrombin zamanı uzun olan, qaraciyər hüceyrə çatmazlığı olan və uzun sürən xolestazlı xəstələrə vacibdir. Ayrıca, iştahanı düzəltmək üçün Zn və B kompleks vitaminlərini (əsasən tiamin kimi) pəhrizə əlavə olunması məsləhət görülür. Ümumiyyətlə, pəhriz vitamin və minerallardan zəngin olmalıdır.
QİDA QƏBULU: Xəstə az az və tez tez yeməlidir. Xəstəliyin kəskin dövründə maye, yumşaq, asan yeyilə bilən yeməklər (süd, qatıq, ayran , bal) verilir. Xəstə sağaldıqca qatı yeməklərə keçmək olar.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.