Portal hipertenziya qaraciyərin qapı venasında təzyiqin yüksəlməsidir. Qapı venası qaraciyərə açılan əsas venadır. Portal hipertenziyanın yaranmasına əsas səbəb sirrozdur.
Portal hipertenziya haqqında bunları bilməlisiniz:
- Əgər qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə sizdə portal hipertenziya formalaşma riski böyükdür.
- Diaqnostika üçün endoskopiya aparıla bilər.
- Hipertenziyanın əsas ağırlaşması varikoz damarlardır.
- Müalicəsinə dərman preparatları, endoskopik müalicə və bəzi hallarda qaraciyər transplantasiyası aiddir.
Normada qan damarlardan maneəsiz axır, amma sirroz kimi xəstəliklər qan dövranını pozaraq blokadalara səbəb olur. Qanda tıxacların yaranması da təzyiqin artmasına gətirib çıxarır. Əgər təzyiq həddindən çox olsa və normal qan damarları tutulubsa onda qan alternativ damarlara dolur nəticədə varikoz meydana çıxır.
No Comments