(+994)55 601 18 31 [email protected]

Böyük azərbaycanlı

Böyük bir həqiqəti – 50 milyonluq azərbaycan xalqı şərəf hissi ilə dərk edir ki, zamanın təkəri bizdən uzaqlaşdıqca Heydər Əliyev ucalığı, Heydər Əliyev böyüklüyü daha aydın görünür. Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəlləri nədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai- siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında bu ana kimi çox yazılıb, bundan sonra da yazılacaqdır. Bu əqidədəyəm ki, böyük Heydər Əliyev şəxsiyyəti haqqında daha tutarlı, daha dəyərli, bu dahi insanın Azərbaycanın xoşbəxt gələcəyi uğ- runda göstərdiyi titanik fəaliyyətini bütün çalarları ilə göstərə biləcək, deyiləcək sözlər hələ qabaqdadır.

Danılmaz həqiqətdir kt, vətənimiz, xalqımız, millətimiz bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən idi. Öz zamanında, əqidə və fəaliyyəti ilə belə ad-san qazananlar, həyatlarını xalq, Vətən yolunda sərf edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar olurlar. O vaxt Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Heydər Əliyev fenomeni, Heydər Əliyev cəsarəti və müdrikliyi qoruyub saxladı. Əgər bu böyük şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Heydər Əliyev fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz müdrik liderinə güvən- məsi və geniş xalq məhəbbəti bir vəhdətdə birləşdiyindən Azərbaycan dövlətçiliyi xilas oldu.

Ümummilli liderimiz Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkədə sabitlik yarandı, demokratik yol amalımız oldu.

Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəli¬lədi, xalq birliyi yarandı. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətin əsas ideologiyası səviyyəsinə qaldırdı. Azərbaycançılıq ideologiyası Heydər Əliyevin ən böyük əsəridir desək, heç yanılmarıq.

Müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi Heydər Əliyev dövlətçilik sahəsində tarixi işlər gördü. İstər sovet dönəmində, istərsə də Azərbaycanın müstəqilliyi dövründə Hevdər Əliyev həmişə ziyalılara. əmək adamlarına diqqət və qayğı göstərmişdi. Azərbaycanın müstəqilliyi dövründə ölkə rəhbəri ziyalılara həm mənəvi, həm də maddi dayaq olmuş nə qədər şair və ədibə, artist və musiqiçilərə prezident təqaüd ayırmışdır. Bu gün bu ənənə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.

Heydər Əliyev bir insan ömrünə sığmayan titanik işlər gördü. Heydər Əliyevin dilimiz, dinimiz və tariximiz üçün gördüyü işlər bəs edərdi ki, hələ sağlığında ikən ona heykəl ucaldılsın. O öz dilini sevir, ona hörmətlə yanaşırdı.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir.

 

Qanun və hədəf qəzeti

Müəllif: Dr. Hicran Xıdırova

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.