Ödkisəsi – armudformalı, qaraciyər tərəfindən sintez olunan ödü toplamaq üçün olan kisədir. Öd yağlı qidaların həzmində iştirak edir. Bir çox hallarda ödkisəsi problemləri simptomsuz keçir, bəzən isə qarın nahiyəsində kəskin ağrılara səbəb olur. Ağrıya səbəb olan əsas xəstəliklər bunlardır:
- Biliar sancı – öd axacağının öddaşı ilə tutulmasından yaranır
- Kəskin xolesistit – ödkisəsi toxumasının iltihabı
- Kəskin pakreatit – öddaşlarını pankreas axacağını blok etdikdə mədəaltı vəzinin iltihablaşması
- Xolangit – ödyollarının infeksiyası
Əgər öd ağrısı 8 saatdan çox davam edirsə, heç bir vəziyyətdə yüngülləşmirsə, yüksək qızdırma və titrətmə, sarılıq varsa mütləq həkimə müraciət edin.
No Comments