Qaraciyər xəstəliklərinin çox aktual olduğu bir zamanda profilaktik tədbirlərdən biri qaraciyəri sevdiyi məhsullarla “mükafatlandırmaqdır”.
Qaraciyər üçün – kefir, az yağlı xama və hər gün rahatlıqla yeyə bildiyiniz kəsmik ən dəyərli məhsullardır.
Qaraciyərin gündəlik rasionu sadəcə 10 % təşkil etməklə şirniyyatlar – bal, mürəbbə və sair ilə sevindirmək olar. Mürəkkəb karbohidratlardan ibarət sıyıqlar qaraciyərin təmizlənməsi üçün çox vacibdir. Məsələn, herkules və müxtəlif sıyıqların içərisinə kəpək, kətan toxumu, buğda cücərtisi əlavə etməklə onların qaraciyər üçün əvəzsiz məhsula çevirmək olar. Tərəvəzlərə gəldikdə bunları yaxşı olar ki, buğda bişirərək yaxud təzə halda qəbul edəsiniz. Kəskin dadlı və yüksək efir yağları saxlayan məhsullar arzuolunmazdır. Məsələn, turp, soğan, sarımsaq, xardal və sair. Bəzən qaraciyər xəstəliklər öd problem ilə birgə mövcuddursa kələm xüsusilə ağ kələm arzu olunmaz tərəvəzlərdəndir. Qəhvə istifadəsi, xroniki qaraciyər xəstəliklərində sirroz əmələgəlmə riskini azaldır.
İtalyan alimlərinin apardığı bir araşdırmada müəyyən olunmuşdur ki, gündə 1 fincan qəhvə istifadəsində sirroz yaranma riski 47%, 2 fincan qəhvə istifadəsində 23 %, 3 fincan qəhvə istifadəsində 21 %, 4 fincan və daha çox istifadə edənlərdə isə 16 % olunmuşdur. Qəhvənin içində yüzlərlə kimyəvi maddələr var. Bu səbəblə də bəzi xəstəliklərə müsbət təsir göstərdiyi kimi, bəzilərinə də mənfi təsir göstərməyi mütləqdir. Qəhvəni həddindən çox istifadə etmək narahatlıq, stress, əllərdə titrəmələr və yuxu pozğunluğu yarada bilər. Qəhvə üçün orta dərəcədə istifadə 2-4 fincandır. Müsbət təsirinin daha çox olması üçün qəhvə çox az şəkər və ya çox az südlə istifadə olunmalıdır.
Yağlı qidalar, ətlər, kolbasa məhsulları heç rasionda olmaması istənən qida növlərindəndir. Xüsusilə qeyd etmək istərdik ki, qazlı sular, kola, fanta və sair bu kimi içkilərin və alkoqolun qaraciyərinizin ən böyük düşməni olduğunu unutmayın…
No Comments