Hepatit C müalicəsi üçün həkimə müraciət etməzdən əvvəl yaxşı olar ki, araşdırma aparıb sizi maraqlandıran sualları qeyd edəsiz. Beləliklə həkimlə müalicənin diskussiyası zamanı daha hazırlıqlı və maariflənmiş olarsız.
- Bədənimdə Hepatit C-nin miqdarı nə qədərdir?
- Virusun hansı genotipi ilə yoluxmuşsam?
- Virus artıq qaraciyərimi zədələyib?
- Hansı müalicə variantları vardır?
- Hər bir variantın üstünlükləri və mənfi cəhətləri hansılardır?
- Müalicə seçiminə təsir edəcək yanaşı xəstəliklərim varmıdır?
- Müalicə nə qədər müddət davam edəcək?
- Qəbul edəcəyim dərmanların hansı yan təsirləri var?
- Müalicə gündəlik həyatıma necə təsir edəcək?
- Müalicə iş qabiliyyətimə təsir edəcəkmi?
- Müalicənin xərci nə qədərdir və siğorta ödəyirmi?
- Sağlam qalıb qaraciyərimi qorumaq üçün başqa nələr edə bilərəm?
No Comments