Qaraciyər əhəmiyyətli özünü bərpa (regenerasiya) qabiliyyəti olan yeganə visseral orqandır. Qaraciyər həm müəyyən hissəsinin cərrahi çıxarılmasından, həm də kimyəvi müdaxilədən sonra regenerasiya edə bilir. Qaraciyərin qalan cəmi 25%i böyüyüb tam ölçüsünə çata bilir.
Regenerasiya qaraciyər hüceyrələrinin-hepatositlərin bölünüb çoxalması yolu ilə baş verir. Bu zaman qaraciyərin funksiyaları ancaq hissəvi pozulur. Albumin sintezi və öd ifrazı funksiyaları dəyişməsə də, dərman metobolizmi funksiyası azalır. Xərçəng və fibroz nəticəsində qaraciyərin müəyyən hissəsi əməliyyatla çıxarılmış xəstələr üçün qaraciyərin regenerasiyası xüsusilə vacibdir.
Qaraciyərin özünü bərpası üçün ona stress yarada bilən maddələrdən uzaq dayanmaq lazımdır. Alkoqol qaraciyərdən keçib təmizləndiyi üçün istənilən növ alkoqol qəbulundan qaçınmaq lazımdır. Həmçinin tərkibində asetaminofen olan dərmanları qəbul etmək tövsiyə olunmur, çünki onun metabolizmi də qaraciyərdə həyata keçir.
Qaraciyər üçün hazırlanan dietlərdə karbohidratlar əsas kalori mənbəyi olmalıdır. Karbohidratlar və yağların artıq miqdarda qəbulu zülalların parçalanmasının qarşısını alaraq orqanizmdə saxlayır. Lakin qəbul edilən kalorilərin monitorinqi edilməlidir. Həddən çox kalorinin qəbul edilməsi qaraciyərdə yağ toplanmasına səbə ola bilər ki, bu da qaraciyərə əlavə stress yarada bilər.
No Comments