Əziz izləyicilərimiz, artıq qızmar avqust ayı bitib. Sentyabr ayı Qurban bayramı və küləklərlə daxil olub. Təbii olaraq havalar dəyişir, günlər qısalır.
Bəs necə edək ki, payızda sağlam qalaq və xəstələnməyək?
1. Həmişə mövsümə uyğun qidalar qəbul edin
Fəsillər dəyişdikcə pəhrizimizi də dəyişməliyik. Payızın rənglərinə uyğun -sarı, yaşıl, narıncı qidalar qəbul edin, şirniyyatlardan uzaq dayanın.
2. İmmun sisteminizi möhkəmləndirin
Vitamin B, C, D və E3 qəbul edin. Çoxlu su içib, sarımsaq, təbii çiy halda tərəvəzlər, probiotiklərə (qatıq, yoqurtlar) üstünlük verin.
3. Fiziki aktivlikdən qalmayın
Havaların soyumasını və tez qaralmasını bəhanə edərək televizor qarşısında təmbəlləşməyin. Gəzintiyə tez-tez çıxın və ya alternativ olaraq evdə yoqa ilə məşğul olun, üzgüçülük və rəqs dərnəklərinə qoşulun.
4. Qripə qarşı peyvənd olunun.
Hər il qrip viruslarının müxtəlif növlərinə yoluxuruq, ona görə də peyvəndlər həmişə dəyişirlər. Payızın əvvəlində fəsilə uyğun peyvənd olunaraq özünüzü qoruya bilərsiniz.
5. Özünüzü və ətrafınızdakıları qoruyun
Xüsusilə soyuqdəymənin çox yayıldığı vaxtlarda ictimai nəqliyyatda – metro və avtobuslarda maska taxın. Asqırdıqda və öskürdükdə ağzınızı dəsmal ilə örtün, tez-tez əllərinizi yuyun.
No Comments