(+994)55 601 18 31 [email protected]

Hemaxromatoz

Gəlin öncə qaraciyərin funksiyaları ilə tanış olaq:

  1. Qəbul etdiyimiz dərman maddələrinin toksik təsirlərini zərərsizləşdirir
  2. Qida maddələrini vitamin, mineral və şəkər halında depolayır.
  3. Orqanizm tərəfindən ən çox ehtiyac duyulan zülalları sintez edir.
  4. Yağların həzmi və A, D, E, K vitaminlərinin sorulması üçün öd turşusu sintez edir.
  5. Orqanizmin infeksiyalarla mübarizəsi üçün qanı bakteriyalardan təmizləyir.
  6. Qanın laxtalanma sistemində iştirak edən maddələr sintez edir.
  7. Qəbul etdiyimiz yeməkləri qidalı maddələrə bölərək enerji  yaradır.

Hemaxromotoz parenximal orqanlarda çoxlu  dəmir toplanması nəticəsində orqanın zəhərlənməsidir.  Ən tez rast gəlinən autosom ressessiv genetik xəstəliklərdən biridir. Bəzi hallarda xəstəlik simptomsuz keçir, lakin əksərən ümumi və yerli bu əlamətlər qeyd olunur:  həddən artıq yorğunluq (74%), impotensiya (45%) və atralgiya (44%).

Ən çox rast gəlinən əlamətlərə həmçinin hepatomeqaliya (qaraciyərin böyüməsi), dəridə piqment ləkələri və artrit aiddir.

Xəstəliyin diaqnostikası kliniki əlamətlərə, genetik testə və laborator müayinələrə əsasən qoyulur.

Müalicənin məqsədi orqanizmi dəmir artıqlığından azad edərək, orqanlarda geri dönülməz dəyişikliklər yaranmasının qarşısının alınmasıdır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.