(+994)55 601 18 31 [email protected]

Qaraciyər-böyrək sindromu

Hepatorenal (qaraciyər-böyrək)  sindrom qaraciyər sirrozu və ya qaraciyər çatışmazlığı olan şəxslərdə  böyrək funksiyasının kəskin zəifləməsidir. Çox kritik olan bu vəziyyət zamanı yeganə müalicə üsulu qaraciyər transplantasiyasıdır. Lakin böyrək dializi ilə də vəziyyətin kəskinləşməsinin qarşısını almaq olar.

Hepatorenal sindrom sirroz, kəskin alkoqol hepatiti, diuretik (sidikqovucu) dərmanlardan həddən çox istifadə, mədə-bağırsaq traktında qanama zamanı baş verə bilər.  Daha çox sirroz zamanı rast gəlinir, belə ki, qaraciyər sirrozu diaqnozu qoyulmuş xəstələrin 18%də diaqnozdan sonra 1 il ərzində, 39%də isə 5 il sonra baş verir.  Sirrozun istənilən növü belə ağır vəziyyətə gətirib çıxara bilər, lakin daha çox alkoqol sirrozu səbəbdir.

Hepatorenal sindromdan ölüm faizi təəssüf ki, çox yüksəkdir.  Ona görə də buna səbəb ola biləcək risk faktorları təyin olunmalı və qarşısı alınmalıdır. Məsələn risk faktorlarından biri assitdir, yəni qarın boşluğuna mayenin yığılmasıdır. Bu maye qarından iynə və ya kateter vasitəsilə narahatçılığı aradan qaldrımaq üçün boşaldılır. Lakin birdən-birə  çoxlu miqdarda mayenin boşaldılması hemodinamikada pozğunluğa səbəb ola bilər. Ona görə risk altında olan şəxslərdə bundan qaçınılmalıdır. Həmçinin assit mayesinin infeksiyalaşması (spontan bakterial peritonit) hepatorenal sindrom üçün böyük risk amilidir.

Hepatorenal sindromun yeganə müalicəsi yeni qaraciyər köçürülməsidir, qalan digər müalicələr sadəcə transplantasiyaya körpüdür.  Bura venadaxili albumin infuziyası, qapı venasında təzyiqi azaltmaq üçün radioloji şunt və böyrək dializi aiddir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.