(+994)55 601 18 31 [email protected]

Hepatit C necə yayılır?

Hepatit C qaraciyəri zədələyən viruslardan biridir. Kəskin Hepatit C 6 ayadək davam edir və tam sağalma ilə nəticələnir. Hepatit C xroniki formaya keçdikdə isə insanın ömrünün sonunadək qala bilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hazırda 71 milyon insan xroniki hepatit c-dən əziyyət çəkir. 

Hepatit C qan vasitəsilə yoluxan infeksiyadır. Əsas yoluxma yolları:

  • Narkotik vasitələrin iynə ilə  yeridilməsi
  • Sterilizə olunmamış tibbi cihaz və alətlərin istifadə olunması
  • Xəstə insandan sağlam insana  qanköçürmə zamanı

Daha az olsa da yoluxma bu hallarda da baş verə bilər:

  • Yoluxmuş insanla cinsi əlaqə zamanı
  • Anadan uşağa doğuş zamanı
  • Yoluxmuş insanın şəxsi gigiyena vasitələrindən – diş fırçası, ülgüc və s istifadə edilməsi

Yeni statistikaya əsasən 2015-ci ildə 1,75 milyon insan Hepatit C-yə yoluxmuşdur.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.