Əziz izləyicilərimiz, bildiyiniz kimi ABŞ-da Los-Angeles ştatında rəsmi olaraq Hepatit A epidemiyasının olduğu təsdiqlənib. Keçən ilin noyabrından bu yana San-Dieqoda 16 nəfər Hepatit A-dan həyatını itirib, 450 nəfər xəstəliyə yoluxub. Hazırda əhalinin Hepatit A haqqında maarifləndirilməsi və evsiz insanlar arasında gigiyena qaydalarının təbliğ olunmasıyla bağlı işlər gedir.
Hepatit A vaksini ödənişsiz olaraq risk qrupuna daxil olan vətəndaşlara vurulur, risk qrupuna evsiz, küçələrdə yaşayan insanlar və narkotik istifadəçiləri aid edilir. Lakin 18 yaşdan yuxarı və indiyədək peyvənd olunmamış hər bir kəsə də tövsiyə edilir.
Bəs Hepatit A-dan qorunmağın yolları hansılardır?
Unutmayaq ki, hepatit A əsasən yoluxmuş qida və su vasitəsilə keçir.
Deməli, əsas olaraq şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri təmiz yumaq lazımdır (xüsusən ayaqyolundan istifadədən sonra və yemək hazırlamamışdan öncə). Ət məhsulları tam bişirilməlidir. Meyvə və tərəvəzlər təmiz yuyulmalıdır, mənşəyi bəlli olmayan su içilməməlidir. İçməli suyu hazır balonlarda alın və ya yalnız qaynanmış su istifadə edin.
No Comments