Hər il 29 sentyabr bütün dünyada ürək günü kimi qeyd olunur. Məqsəd – ürək xəstəliklərinin vacibliyini vurğulamaq və insanları bu haqda məlumatlandırmaqdır. Çünki ürək xəstəlikləri ölüm göstəricisinə görə 1-ci yerdədir. Ümumdünya ürək günü 1999-cu ildən bəri qeyd olunur.
Ürək-damar (kardiovaskulyar) xəstəlikləri nədir?
Bu siyahıya infarkt, aritmiya, ürəyin tac damarlarının xəstəlikləri, yüksək qan təzyiqi, ürək qüsurları və s aiddir. Ürək xəstəliklərinin risk faktorlarına aiddir: artıq çəki, siqaretçəkmə, yüksək xolesterol, diabet, yüksək qan təzyiqi, fiziki aktivliyin olmaması.
Ürəyinizin sağlam olması üçün düzgün qidalanmaq çox vacibdir. Bildiyiniz kimi, ürək orqanizmin qan dövranını təmin edir, “motor” funksiyası görür. Ona görə biz sağlam və təmiz qidalanmalıyıq ki, ürəyimiz öz funksiyasını yerinə yetirə bilsin. Omeqa-3 ilə zəngin balıq məhsulları, qoz-fındıq, giləmeyvələr, yulaf ürək üçün çox faydalı qidalardandır.
Digər bir vacib məqam isə bədən tərbiyəsidir. Aktiv fitnes, yoqa və s idmanla məşğul olmaq bütün orqanizmi tonusda saxlayır. Heç olmasa hər gün səhər 30 dəq sürətli gəzinti tövsiyə edilir.
No Comments