Bildiyiniz kimi hazırki dövrdə enerji içkiləri olduqca geniş yayılmışdır və aktiv reklam olunur. Bir çox hallarda ziyansız hesab edilən bu içkilər çox qəbul edildikdə sağlamlığa ciddi ziyan vura bilər.
Statistikaya əsasən enerji içkilərinin əsas istifadəçiləri 18-34 yaşlı kişilərdir. 12-17 yaşında olan yeniyetmələrin isə 3də 1-i bu içkilərlə tanışdır.
Enerji içkilərinin alkoqolla birlikdə qəbul edilməsi böyük narahatçılıq doğurur. Tərkiblərindəki yüksək miqdarda kofein və şəkər yüklənməsi sağlamlıq üçün təhlükəlidir.
Bu haqda narahatçılıqlar tam sağlam bir şəxsin çoxlu enerji içkiləri içdikdən sonra kəskin hepatitlə (qaraciyərin kəskin iltihabı) xəstəxanaya çatdırılmasından sonra artmışdır. ( Mənbə – Dr. Jennifer Nicole Harb of the University of Florida College of Medicine and colleagues) Sözügedən pasiyent 3 həftə ərzində hər gün 4-5 enerji içkisi qəbul etmişdir. Nəticədə ürəkbulanma, qusma, qarında kəskin ağrı, sarılıq və sidiyin rənginin tündləşməsi kimi əlamətlər üzə çıxmışdır.
Xəstənin müayinəsi zamanı kəskin hepatit diaqnozu qoyulmuş və buna həddən artıq niasin (B3 vitamini) qəbulunun səbəb olduğu aydınlaşdırılmışdır.
Enerji içkiləri ilə pasiyent gün ərzində 160-200 mq niasin qəbul etmişdir ki, bu da gündəlik normal dozadan 2 dəfə çoxdur. Müalicənin 3-cü günü artıq qeyd olunan simptomlar aradan qalxmış və pasiyentin vəziyəti stabilləşmişdir.
No Comments