(+994)55 601 18 31 [email protected]

Cinsi sağlamlıq və Hepatit B

Hepatit B qaraciyəri zədələyən bir virusdur. İnsan infeksiaya yoluxduğu zaman ilk öncə kəskin forma özünü göstərir. Əgər kəskin forma 6 aya sağalmazsa onda xəstəlik xroniki formaya keçir. Xroniki forma qaraciyərdə ciddi problemlərə, sirroza və qaraciyər xərçənginə səbəb ola bilər.

Bildiyiniz kimi Hepatit B cinsi əlaqə vasitəsilə yoluxur. Çox davamlıdır və quru yerdə 1 həftəyədək yaşama qabiliyyətini saxlaya bilir. Hepatit B İİV-dən (İnsan immun çatışmazlığı virusu) 50-100 dəfə daha yoluxucudur.

Hepatit B-nin yoluxma ehtimalı anal cinsi əlaqə zamanı vaginal əlaqədən daha çoxdur. Ona görə də partnyorunuzu yoluxdurmamaq üçün hər 2 növ cinsi əlaqə zamanı qoruyucudan (prezervativ) istifadə etmək lazımdır.

Hepatit B bədən mayelərində aşkarlanır. Qanda Hepatit viruslarının miqdarı daha çoxdur, sperma və vaginal mayedə orta dərəcədədir, sidik və nəcisdə isə azdır.

Hepatit B-dən qorunmağın etibarlı yolu peyvənd olunmaqladır. Yetkin şəxslər 6 ay ərzində 3 doza peyvənd vurdurmaqla özlərini hepatitdən  müdafiə edə bilərlər.

Əgər çoxlu cinsi partnyorunuz,  cinsi yolla keçən digər bir xəstəliyiniz varsa,  hepatitlə yoluxmuş şəxslə cinsi əlaqədə olmusunuzsa peyvənd olunmağınız tövsiyə edilir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.