(+994)55 601 18 31 [email protected]

Hepatitlərdən tam sağalma

2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı  virus hepatitlərinin bütün dünyada aradan qaldırılmasını məqsəd qoymuşdur. Növbəti 14 il ərzində yeni virusa yoluxma hallarını 90%,  hepatitlərdən ölüm göstəricisini isə 65% azaltmaq hədəfdədir.

Bu yolda aparılan addımlar artıq öz bəhrəsini verməkdədir, belə ki, 9 ölkə (Avstraliya, Yaponiya, Hollandiya, İslandiya, Almaniya, Misir, Braziliya, Qatar və Gürcüstan)  2030-cu ilədək Hepatit C-ni tamamilə aradan qaldıracaqlarını bəyan ediblər.

Bu ölkələrin hər biri hepatitlərə qarşı müxtəlif taktikadan istifadə edir. Məsələn Misirdə bütün əhalinin kütləvi skrininqi aparılır və daha ucuz Hepatit dərmanları istehsal edilir.

Avstraliyada dövlət farmakoloji şirkətlərlə müqavilə bağlayaraq hepatitdən əziyyət çəkən bütün yetkin şəxslərin müalicəsini təmin edir. Nəticədə 2016da 30.000 hepatit C  xəstəsi tam sağalmışdır.

Artıq 22 ölkədə də hepatitlərin ləğvi üçün ciddi addımlar atılır. Digər ölkələr isə bu mövzuya daha ciddi yanaşmalıdırlar. Unutmayaq ki, 194 ölkə 2030-cu ilədək hepatitlərin tam ləğvi üçün razılığa gəlib.

Bu hədəfə çatmaq üçün hələ çox uzun yol getmək lazımdır, amma birlik olsaq Hepatitsiz həyata nail ola bilərik.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.